Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:17

Bakı Olimpiya Stadionunun təməli qoyuldu


Bakı Olimpiya Stadionunun görünüşü
Bakı Olimpiya Stadionunun görünüşü
İyunun 6-da paytaxtda Bakı Olimpiya Stadionunun təməli qoyulub. Prezident İlham Əliyevin də iştirak etdiyi təməlqoyma mərasimində FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Prezidentə verilən məlumata görə 65 min tamaşaçı yeri olacaq Bakı Olimpiya Stadionunda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastrukturun inşası nəzərdə tutulub.

Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaqdır. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

HƏMÇİNİN OXU:

«Bir milyarda bir yox, üç stadion tikmək olar»

Jurnalistlər Berti Foqtsa aftafa veriblər
Almaniya millisi Bakıya gəlir
Maradona ağzında siqar futbol oynayır
Aslan Kərimovun son akkordları
Təbrizli futbol azarkeşləri


XS
SM
MD
LG