Xuraman Hüseynzadə
Hər kəs hər nəsnəni öz arşını ilə ölçür və bu ölçü “vahidini” beyin müəyyənləşdirdiyi üçün “tüccari-üləmalar”ın ədalət prinsipinə nə dərəcədə əməl edib-etməməsi bəlli olur.
Burda söhbət kafanın yekəliyindən deyil, beyinin nəyə qadir olmasından gedir.
Hərgah bəzən görürsən ki, qarpız kimi yekə bir kafa bədheybət bir bədənin üstündə o tərəf-bu tərəfə hərlənməyə çətinlik çəkdiyi halda özünü “vışka”nın təpəsində mayak kimi hiss edib hamıya yol göstərməyə cəhd eləyir.
Məsələn, götürək intellekt məsələsini. Praqmatizm fəlsəfi cərəyanının ünlü isimlərindən biri olan Con Duiyə görə intellektin funksiyası ətraf mühitin obyektlərinin surətini çıxarmaq yox, gələcəkdə bu obyektlərdə hansı effektiv və sərfəli münasibətlər qurulması yolunu tutmaqdır.
Bizimkilərdən hansısa qarpızkafalı biri isə özünü Dui kimi filosoflardan da ağıllı hesab edərək intellekt anlayışına başqa bir don geyindirib səhnəyə çıxarır və... soyundurur.
“Dərə xəlvət, tülkü bəy” misalı boz və boş teleməkanda “bozbaş” fəlsəfəsini manıs “intellektinə” calayıb öz balqabaq kafasının boş içini nümayiş etdirən bu adamın-aparıcının özündən müştəbehliyi onu anormallıq həddinə çatdırıb.
Rus parapsixoloqu Vladimir Levi belələrini birmənalı olaraq “dəli” adlandırırdı.
Üstəgəl onun anormallığı zahiri görkəmində də daun xəstəliyi kimi təzahür edir...
5-6 kitab oxumaqla əxz etdiyi manıs mədəniyyətini bir-birinə calaq-culaq eləyib həftəbecər veriliş aparmaq sənətşünaslıq namizədindən çox... sünnətşünaslıq namizədi olmaq təsiri bağışlayır.
Neyçün ki, qəbul olunmuş intellektuallıqla mədəniyyət, etika vəhdət təşkil edir. Bunların hər hansı birinin çatışmazlığı intellekti belə deyək, zədələyir.
Həmin aparıcının bəlli xarakterinin bəzi xüsusiyyətlərinə nəzər yetirsək, onun həqiqətən də zərrəbinlə görünəcək qədər belə intellektinin olmadığını açıq-aydın görə bilərik.
Onun bayağı proqramına çıxmaq üçün “o, inttellekt sahibidir” deyənlər də bilsin ki, dəvət etdiyi qonaqları aşağılamaq, təhqir eləmək; sözünü ağzında qoymaq; öz bildiyini-doğru, ya səhv, dəxli yoxdu- qarşı tərəfin beyninə yeritmək; özünü ağıllı göstərmək üçün qarşısındakını tulasifət eləmək; efir mədəniyyətindən kənar hər şey etmək-dava-dalaş salmaq, bu da baş tutmayanda lap fatısayağı adamları bir-birinin üstünə salışdırmaq, insanların əsəbi ilə oynayıb onları lağa qoymaq, istehza etmək və s. intellektlə daban-dabana ziddir.
Kaş o, özü özünə kənardan bir seyrçi kimi baxmağı bacara və həmin anlarda necə idbar, iyrənc göründüyünün fərqinə vara biləydi... Bu mundirli araqarışdıran onda özünü daha yaxşı tanıyardı.
Bu “intellekt sahibi” verilişə qoyduğu mövzuları heç vaxt çözə bilməz... Niyə?
Çünki ciddi mövzular şoulu-şousuz biznes məhsullarının-manısların, kolbasaların, şirələrin reklamı ilə bir araya sığmır. Və finalın trayektoriyası vurhavura, qırhaqıra tərəf cızıldığına görə əsas mövzu yaddan çıxır.
Məni düşündürən başqa məsələdi. Bizim bu şair, yazıçı, ziyalı tayfası həqiqətən də çox görməmişdi.
Onlar kütləvi halda ekran, efir mərəzinə yoluxub. Bu bədbəxtlər hər dəfə həmin verilişə çıxanda üzlərinə deyilməyən söz qalmır, qızara-qızara, utanmadan növbəti dəfə həmin verilişə bir də çıxırlar.
Sifət var e bunlarda!!! Adam şəxsiyyətini bu qədər alçaldarmı?.. Allah kəssin elə televizora çıxmağı!..
Birdəfəlik kişilikləri, mənlikləri çatmır ki, özlərinə söz verib o verilişə çıxmasınlar, boykot eləsinlər o aparıcını da, onun verilişini də, telekanılını da!.
Qoy o da gedib Rəqsanəyə, Nadirə “intellektini” göstərsin. Onlar bir-birini daha yaxşı anlayırlar...
P. S. Aparıcının adını bilərəkdən çəkmədim. İstəmədim, el içində onun o iyrənc istehzasını, bədheybət görkəmini camaatın yadına salıb, ürəklərini yenidən bulandırım...