Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Araz Gündüz "Qış gününün Məcnunluğu"















Qış gününün Məcnunluğu


Bu qarlı-çovğunlu qışın günündə,
Sənə olan vurğunluğum
Mənliyimi yenib, üstələyndə
yerimdə oturub
qala bilmədim,
Səni görüşə çağırmadan
durub, görüşünə gəldim.

Yolun düz yarısınacan
məni toxtatmaq üçün
bir alver konusundan
söz açan:
Ziyanın yarısından
dönməyin qazancından
danışan ağlımı,
soyuq vurmasın deyə
başıma yığdım;
Yerindən oynayıb qanadlanan,
göynən gedən ürəyimi
toxtadıb, düşürdüm öz yerinə;
Öz yerini bilməyən
yersiz utancaqlığımı
yola saldım, üzümdən
gözlərimin dərinliyinə;
Təkcə bu dinc durmayan
dilimi saxlaya bilmlrdim,
onun “söz köhləni” yüyən gəmirirdi—
"Bir at gücünün" çəkə biləcəyi
söz yüküylə çapıb gəlirdi:
Çoxusu sənə deyiləsi alqış,
bir azı da məni sevməyə çağırış.

...Bir də düşünürdüm, gəlmişkən elə
sınayaram uğurumu,
yoxlayıb, bilərəm:
Sevən könüllərdən biri-birinə
yol olduğu doğrumu?..

Sənə, gəldiyimi duyurmaq üçün
sizin pəncərənizlə
durdum göz-gözə:
Eviniz gözümün içinə baxdı...
O, baxdı... Mən baxdım... Qar yağdı...
Mən durdum, dayandım,
dözdüm, gözlədim...
Evinizinsə, səni gizlədən
baxışlarından bəlli idi,
canının sıxılmağı:
Sevən könüllərin
yolunu bağlamağı
onu elə sıxırdı,
elə yandırıb yaxırdı:
Tüstüsü təpəsindən çıxırdı...

Ya bir gözəgörünməzlik
araxçınım olsaydı,
Ya da bir "sim-sim" duası ilə
divarınız yarılsaydı,
Atanın ayıq-sayıq baxışlarını
çaşdıra bilsəydim,
Səni bu "ev dustaqlığından"
qaçıra bilsəydim,
"Sehirli çubuq" yerinə
toxuna bilsəydim əllərinə:
Ürəyimin sevgidən,
dizlərimin soyuqdan,
nanə yarpağı tək əsməyi;
dilimin üşüməkdən
topuq vurmağı;
Uğurumun üzə durmağı,
ayrılığın amanımı qırmağı,
bitərdi biryolluq...

Sözümə yer tanıq, göy tanıq,
bu sazaqlı qışın günü tanıq,
Nə acı bir söz,
nə danlaq, nə qınaq
ürəyimdən keçməmiş,
dilimdən çıxmamışdı;
Eləcə qəmli-qəmli dayanıb,
pəncərənizə baxmışdım.
Bir də onda ayıldım ki,
iş-işdən keçmiş:
Dərddən evinizin başı ağarmış!..

1983-2009


Sənsizlik

Sənn çıxıb getməyin
Dönərgəmin dönməsiymiş,
yəni çərxi-fələyin gərdişinin
mənim qapımı bağlaması imiş;
Belə “qapı bağlamağına”
inanmıram düzü mən,
Sən ki gəlsəydin üz-üzə
qapının ağzında sənsizliyinlə
geri dönərdin...

Nə deyim indi...
sanki çağrılmamış qonaqdı sənsizlik,
oturub mənimlə üz-üzə otağımda...
Nə mənim onu qovmağa üzüm,
nə onun bir gedəsi yeri yoxdu,—
Sən gəlməsən...

1986
XS
SM
MD
LG