Erməni yazıçıları ölkədə xarici dildə məktəblərin açılmasına kəskin etirazlarını bildirirlər. Bunu keçirdiyi mətbuat konfransında birliyin sədri Levon Ananyan bildirib.
Ermənistanın Təhsil Nazirliyinin hazırladğı yeni qanun layihəsində ölkədə rus, ingilis, fransız və başqa dillərdə orta məktəblərin açılmasına icazə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərində Ermənistanda rus məktəblərini bağlayıblar.
Orta təhsil tam şəkildə erməni dilindədir.
Ermənistanın təhsil sisteminin onsuz da problemlər içində olduğunu deyən Ananyan xarici dildə məktəblərin açılmasının “milli ruhun tamamilə itirilməsi ilə nəticələnəcəyindən” narahatdır.
O xatırladıb ki, Ermənistanda xarici dil təmayüllü məktəblər var və bu yetərlidir.
“Bizim müstəqilliyimizin əldə edilməsində iki vacib amilin rolu olub: ordu və dil”.
Təhsil Nazirliyi öz təklifini onunla əsaslandırır ki, erməni dilli məktəblərdə təhsilin səviyyəsi arzuedilən səviyyədə deyil və xarici dildə məktəblər açılsa, bu, rəqabətə, bunun da nəticəsində təhsil sahəsində inkişafa səbəb olar.
Nazirlik ölkə boyu xarici dildə cəmi 15 məktəbin açılmasını nəzərdə tutur. Bu isə ümumilikdə orta məktəblərin 1 faizi deməkdir.
Yazıçılar Birliyinin sədri isə sovet dövründə xarici dildə məktəblərin ildən-ilə artmasını xatırladaraq bildirib: “Bu gün 1 faizdisə, sabah 5, sonra 10 faiz olacaq”.
Mübahisə qızışdığı üçün təhsil nazirliyi mövqeyinə aydınlıq gətirib, bəzilərinin təbirincə isə əvvəlki mövqeyindən bir qədər geri çəkilib.
Nazir deyib ki, xarici dildə məktəblər dövlət büdcəsindən maliyyələşməyəcək, özəl olacaq,
Amma yeni təklifə etirazlar çoxdur, hətta hakimiyyət partiyasının içində də qanun layihəsinə qarşı çıxanlar var. Hətta təhsil nazirinin xarici dildə məktəblərin açılmasında şəxsi maraqlarının olduğunu deyənlər də var.
Buna görə də, parlamentə təqdim ediləcəyi halda qanun layihəsinin qəbul olunacağı hələ ki sual altındadır.