Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

Gürcü məmura rüşvət təklif edən Azərbaycan vətəndaşı həbs olundu


Gürcüstan hava limanında paylanan rüşvət əleyhinə bildiriş
Gürcüstan hava limanında paylanan rüşvət əleyhinə bildiriş
Gürcüstandan ölkəsinə qayıdan Azərbaycan vətəndaşı sərhəddə gürcü gömrükçüsünə rüşvət təklif etməyə görə həbs olunub.

Gürcüstan mətbuatının məlumatına görə bugünlərdə Heydər Lətifov adlı Azərbaycan vətəndaşı sərhəddə gömrükdə elan etmədiyi malları Azərbaycana keçirmək istəyib. Bildirib ki, onlar yalnız şəxsi istifadə üçün olan şeylərdir. Gömrükçülər yükü yoxlamaq istəyəndə isə Azərbaycan vətəndaşı onlara 150 lari (təxminən 80 manat) rüşvət təklif edib.

Bundan imtina edən Gürcüstan gömrükçüləri onu həbs ediblər. İndi Gürcüstanın Maliyyə Nazirliyində bu hadisə ilə bağlı araşdırma aparılır.

Hələlik Heydər Lətifovun yaxınları və ya vəkili ilə əlaqə saxlayıb onların bu hadisə barədə fikirlərini öyrənmək mümkün olmayıb. Azərbaycanın Gürcüstandakı səfirliyindən də dedilər ki, bu barədə onlarda məlumat yoxdur.
Gürcüstan hava limanında paylanan rüşvət əleyhinə bildiriş

Bundan əvvəl də bir neçə dəfə Azərbaycan vətəndaşları Gürcüstanda rüşvət verməyə görə həbs olunmuşdular.

Keçən ilin əvvəllərində daha üç Azərbaycan vətəndaşı da Gürcüstan rəsmilərinə kiçik məbləğdə rüşvət təklif etmişdi. Azərbaycandan millət vəkillərinin müdaxiləsi ilə onlardan biri həbsdən azad olunmuş, qalan iki nəfəri isə azadlıqdan məhrum edilmişdi.

Son bir-iki ildə Bakıdan Gürcüstana təyyarə ilə gedən jurnalist həmkarlarımız hava limanında qonaqlara rüşvət əleyhinə bildirişlər paylandığını deyirlər. Bir neçə dildə - o cümlədən də Azərbaycan dilində yazılan bildirişdə qeyd edilir ki, Gürcüstanda məmura rüşvət vermək istəyənlər 7 il müddətinə azadlıqdan məhrum ediləcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG