Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:13

Top-10: 26 avqust-1 sentyabr


«Vallahi o qədər düz sözlər yazılıb ki, mənə deməyə uje bir şey qalmır». Bunu bir oxucumuz yazır. Çoxları onunla razılaşardı.
Ancaq yenə də ümid eləyirəm ki, razılaşmayanlar da tapılacaq...

1. Adın nədir - İlham yoxsa İsa?

Kimdən: kəmsavad 30.08.2009 11:51

1993 den sonra Azərbaycanda doğulan uşaqlarin adları.

aşağı təbəqə üçün ən aktual ad-HAQQVERDİ
yuxarı təbəqə üçün ən aktual ad- HAQQYEDİ

siyasətçilər üçün

aşağı təbəqə üçün ən aktual ad-SƏSVERDİ
yuxarı təbəqə üçün ən aktual ad-SƏSYEDİ


Kimdən: M.M 29.08.2009 20:55

Qonşumuz 26 avqust tarixində anadan olan oğlunun adını Mehriban qoyub. ….


2. «Əxlaqsız» cəmiyyət

Kimdən: Mehdi Haradan: Iceland/Reykjavík 26.08.2009 22:43

Mene hele gelirki, bizim dusunce terzimiz de exlaqsizdashib...

Kimdən: Nergiz 26.08.2009 18:23

Exlaq anlayihini insanin bedeni cherchivesine sigisdirmaq dar dushunceden xeber verir.
Men fahisheyemse, exlaqsizam? Oz bedenimdir, ozum bilerem. Kime ziyan vururam? Menim vurdugum ziyan boyukdur, yoxsa Hacibala Abutalibovun, Sefer Ebiyevin, Ramil Usubovun, Kemaleddin Heyderovun, Ramiz Mehdiyevin ve daha neche adini bilmediyim nazir-memurlarin?

Seher yuxudan duranda Menim - fahishenin bedenini satmaginin zererini oz heyatinizda hiss edirsiz, yoxsa yemeyinizi isitmeye qaz buraxmayan Azeriqazin? Avtobusa minende Ziya Memmedovun eseblerinize vurdugu zerbeler hiss olunur, yoxsa menim oz bedenimle davranishim? Belke, pensiyanizi, maashinizi ala bilmemeyinde de mehz menim fahishe olmagim sebebkardir?

Ferdi exlaqla ictimai exlaqi bir birine qarisdiran xalq ucun Reksanenin kimden usaq dogmagi daha maraqli olacaq, neinki Ilham Eliyevin qutudan ne qeder ses ogurlamagi!

Sag olun!



3. Azərbaycanda rusdillilər artır, yoxsa azalır?

Kimdən: Adil Haradan: Azərbaycan 31.08.2009 19:23

Hələ 10-15 il rus dilinə möhtacıq. Bəli möhtacıq!

Mən özüm Azərbaycan bölməsində oxumuşam. İxtisasımla bağlı Azərbaycan dilində demək olar ki, kitab yoxdur. Kitablar hamısı Rus və ingilis dillərindədir. İngilis dilində kitablar çox bahadır. Ona görə məcbur qalıb rus dilində oxuyuruq. Təbiət və texniki ədəbiyyat hamısı rus dilindədir.

mən proqramçıyam və bu sahədə rus dilli uşaqlar daha güclüdürlər, Azərbaycandilli uşaqlar isə oturub millətin üzünə baxırlar. Dərs oxumaq yox, bir şey yox. Axırda da deyirlər ki, bizə öyrədən yoxdur. Guya rusdilli uşaqlara öyrədən var? Yoxsa mənə var? Hamı öz əzab-əziyyəti bahasına öyrənir ixtisas sahibi olur.

Bir sözlə bizim millət özü-özünü "qara camaata" çevirir. Özlərini rusdillilərdən aşağıda tutur, onlardan aşağı aparır. Bu cür fürsət düşəndə isə gileylənirlər.

Qeyrətli adamlar çıxıb öz dilimizdə kitab yazmaq əvəzinə milləti rassist böyüdürlər. Bununla da bütün camaatı uçuruma aparırlar.



4. Rəhbərə yaltaqlıq mənzərələri

Kimdən: Alik Haradan: Baki 01.09.2009 12:31

Bu yaltaqliq deyil!!! Olkesini inkishaf etdirir!!!

Kimdən: Alim Haradan: Baki 01.09.2009 14:13

Olkesini inkishaf etdirirse bunu yaltqlanmadan da ede biler.
.Bele cixir ki aileni yuksek seviyyede temin etmekcun kishi her yola dushe biler?


Kimdən: ramil Haradan: Baki 30.08.2009 16:52

Kişinin kişiyə sitayişi - Əbədi Qafqaz idealı.



5. Qadınlar üçün giriş qadağandır (İsmayıllı gündəliyi - 3)

Kimdən: NICAT Haradan: BAKI 01.09.2009 07:54

bizim rayon ehli tembeldi. Amma ish yoxdu ne etmelidirler


Kimdən: AyNur Adilsoy Haradan: Baki 31.08.2009 02:36

uz tutaq cenub rayonlarimiza, 11-ci sinfi qurtaran bir qiz tapsaniz, nadir nusxe kimi muzeye gonderersiniz! 11-ci sinfi qurtaranda aile qurmayan xanimlarimiza artiq agbircekleimiz dul kishi axtarir, deyirler ki, daha o, evde qalib ve subay oglan almaz! (ozu de aile qurmaz yox aa, baxin belece, ALMAZ!!!) Eshya kimi, satliq mal kimi!!! 2 il bundan evvel getdiyim bolge kabus kimi yuxularimdan bele cixmir, neinki dushuncemden!!!

Alimlerimizin birinci ishi xalqi maariflendirmek olsaydi cox meqsedeuygun olardi fikrimce...

Kimdən: Taleh Haradan: Baki 31.08.2009 01:23

ismayillinin bashqa kendlerini deye bilmerem amma lahic chox xoshuma geldi.bu kendde hetta bezi mescidleri kitabxana edibler.)



6. «Mənə öz partiyamı yaratmaq daha simpatik görünür»

Kimdən: Erturk 25.08.2009 18:09

Salam,
Men sherh gondermishdim, neyi xoshunuza gelmemishdi? Isa Qenberi tenqid etmeyim yoxsa Rauf Arifoğlu-Iqbal Ağazadə cütlüyünü?


7. Yol hərəkətini pozsan, 50 manat verəcəksən

Kimdən: Samir Haradan: Baki 29.08.2009 16:27

Artirsinlar daaaa
Islanmishin yagishdan ne gorxusu.
onsuz da saxlayanda 50 manatdan ashagi almirlar.


Kimdən: Yolçu Haradan: BAKı-Astara 31.08.2009 16:11

Bir dəfə Salyanın Yenikənd kəndində Yol Polisi saxladı. Səbəbini soruşduqda, dedi ki sürət 60-dır, 86 km/saat sürətlə gəlirsən. Dedim ki, 60 km/saam sürət əvvəl idi, yəni YENİKƏND ağ fonda qara rəngdə yazılanda, indi isə YENİKƏND göy fonda ağ rəngdə yazılıb, sürət 80-dir (daha doğrusu, minik maşınları üçün 90 km/saat) 10 km/saam artığa da heç bir şey düşməyir. Sağ olsun, təcili "pravanı" verdi: "Yaxşı yol".

Yaxşı yol olmağına yaxşı yol oldu, amma 1-2 həftədən sonra ağ fonlu qara hərflə yazılmış YENİKƏNDİ (yəni sürət 60 olanı) bərpa etdilər.

Ümumiyyətlə, mənim Salyan Astara ərazisində "trasa" nəzarət edən yol polisi işçilərindən başım çıxmır: "Bilmirəm qanmazlıqlarından 60, "ötüb-keçmə qadağandır" işarələrinin altında lupa ilə görünən 3km, 2 km, 2000 m, 1000m işarələrini yapışdırırlar, yoxsa qandıqlarından?! halbuki onların göstərdiyi uzunluq hissəsində dairəvi hərəkət, ikinci dədəcəli yolla kəsişmə kimi işarələr var və bu işarələr əvvəlkiləri qüvvədən salır.

"Təəccüb edirəm", görəsən, Baş Dövlət Yol Polisinin yollardakı işarələrə nəzarət edən idarəsi hara baxır, yollraın kənarına, yoxsa, "qaişnik"lərin əlinə?!



8. «İnternet ölkənin feodal qaydalarla inkişafına mane olur»

Kimdən: tahir Haradan: Baki 31.08.2009 19:24

İnternet bizim gozümüzü açır. Həqiqəti hərtərəfli görməyə kömək edir.baxmayaraq ki. bizim internetin sürəti Azərbaycan çinovniklərinin başlarının surətı qədəqdir.


9. 16 il əvvəlki etimadsızlıq...

Kimdən: Bra vedi 30.08.2009 04:31

….Hörmetli oxucular ele basha dushmeyin ki,men Yapçıyam, yox.
men haqq edaleti seven insanam.



10. Üç qardaş və narkotik vasitə hekayəti

Kimdən: Bahar Haradan: Baki 01.09.2009 11:47

bu yazini oxuyanda yadima bir ehvalat dusdu.Tesadufen tanidigim naxcivanli qadin yegane sevimli oglunun narkoman olmasindan yana-yana,aglaya-aglaya danisirdi.deyirdi ki,oglumun evini oz nenesi yixdi.
nenesi oz 10 yasli nevesini de yanina alib Naxcivandan Bakiya murebbe balonlarinin icinde qoltugunda teyyare ile narkotik dasiyirmis.10 yasli usaq nene ile "murebbe balonlari" dasiya dasiya sonunda narkoman ve narkotik satan olmusdu.Ana deyirdi ki,o qazanilan pullarla illerle firavan yasadiq,Bakida ev aldiq,amma evezinde oglumuzun heyatini zeherledik,oglumuz bedbext oldu.
XS
SM
MD
LG