Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:01

Rəhbərə yaltaqlıq mənzərələri


Qroznı hava limanı yenidən qurulandan sonra onu prezident Ramzan Kadırovun nəhəng portreti "bəzəməyə" başlayıb.
Qroznı hava limanı yenidən qurulandan sonra onu prezident Ramzan Kadırovun nəhəng portreti "bəzəməyə" başlayıb.

Ramzan Kadırovun portretləri şəhərin küçələrini bəzəyir, atasının adına məscid tikdirib, orden təsis edib, Rusiya prezidenti Putinin adına küçə verdirib. (Foto-sessiya)

Çeçenistan prezidenti Ramzan Kadırovun portreti, sitatları şəhərin küçələrini bəzəyir, atasının adına məscid, tikdirib, orden təsis edib, Rusiya prezidenti Putinin adına küçə verdirib.

Aeroportun fasadına prezidentin sitatını da həkk ediblər: "Vətənpərvərliyin yeganə sübutu əməldir".

Ramzan Kadırov Qroznıda Mədəniyyət Departamentinin yeni inzibati binasının açılış mərasimində çıxış edir. Arxada özünün və atası - keçmiş prezident Axmat Kadırovun portretləri. 2 avqust 2009.

Hələ Çeçenistanın baş naziri olarkən Ramzan Kadırovun evinin həyəti. Dekorativ bitkilərdən "Ramzan" sözü "yazılıb". Gudermes, 3 iyul 2006

Keçmiş prezident Axmat Kadırovun xatirəsinə keçirilən rəsm sərgisi. 1 iyul 2009

Prezident Axmat Kadırov terror aktı nəticəsində öldürüləndən sonra onu bu vəzifədə oğlu əvəzləyib. Ata Kadırovun portretlərini rəssam Aleksey Belyayev-Gintovt çəkib.

Bu da Axmat Kadırov ordeni.

Ramzan Kadırov Çeçenistan Konstitusiyası Günü münasibətilə tədbirdə çıxış edir. 23 mart 2009

Qroznıda Avropanın ən böyük məscidi. Məscid prezidentin atası Axmat Kadırovun adını daşıyır.

Axmat Kadırov məscidinin açılış mərasimi. 17 oktyabr 2008

Rusiyanın baş naziri Vladimir Putin Axmat Kadırov məscidində. 16 oktyabr 2008

Çeçenistan prezidenti Ramzan Kadırov və Rusiya prezidentinin cənub federal dairəsi üzrə nümayəndəsi Vladimir Ustinov Qroznıda Vladimir Putin küçəsinin təməlqoyma mərasimində. 6 oktyabr 2008

Bu da hazır Putin prospekti

Putin (keçmiş Pobeda prospekti) Qroznının ən təmiz küçələrindəndir.


Putinin ad günü münasibətilə yürüş. Qroznı, 10 iyul, 2007

Ramzan Kadırov və Vladimir Putinin bilbordları Qroznının bir küçəsində.

Qroznının mərkəzi - Axmat Kadırov xiyabanı (keşmiş Lenin xiyabanı).

Ramzan Kadırovun Qroznıdakı bilbordlarından biri.

Axmad Kadırovun Qroznıda - Daxili İşlər Nazirliyinə yaxın ərazidə heykəli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG