Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Adın nədir - İlham yoxsa İsa?


Naxçıvanda Siyasət adlı 19 seçici var

Naxçıvan müxbirimiz Siyasət adlı bir Nehrəm kənd sakini barədə reportaj göndərəndə həmkarlarımdan biri təklif etdi ki, siyasiləşmiş adları araşdıraq. Ölkədə nə qədər sovetizm, siyasi ad daşıyan seçici var? Yaxud iqtidar və müxalifət liderlərinin adlarına maraq necədir? Valideynlər övladlarını daha çox Heydər, İlham, İsa yoxsa Əli deyə çağırmaq istəyirlər?

Öncə Naxçıvan Muxtar Respublikasının ad mənzərəsinə nəzər yetirək. Niyə məhz Naxçıvan? Çünki ölkədəki seçki dairələrinin ilk yeddisi burda yerləşir.

Siyasət adlı seçicilərin əksəriyyəti Cəhri kəndində yaşayır


Elə başlayaq Siyasətdən. Naxçıvanda Siyasət adlı 19 seçici var. Ən çoxu 5 saylı Şahbuz-Babək seçki dairəsindədir - 10 nəfər. Onlardan da altısı Cəhri kəndindəndir. Siyasi prosesləri izləyənlər yəqin bilir ki, Azərbaycan siyasətində Cəlaloğlu qardaşları bu kənddən çıxıb.

İndisə Naxçıvanın 7 seçki dairəsində adı Heydər olan seçicilərin sayına baxaq. Aşağıdakı cədvəldən görünür ki, 7 seçki dairəsindən 4-ündə getdikcə daha çox adam övladına Heydər adını qoyur. 1970-80-ci illərlə 1980-90-cı illəri müqayisə edəndə bu rəqəm artır, bəzi dairələrdə iki dəfə. Qalanlarda ya say dəyişmir, ya da azalır.

Adı Heydər olan seçicilər

Seçki dairəsi Ümumi sayı1970-80-ci illər1980-90-cı illər
1 saylı Sədərək531015
2 saylı Şərur3165
3 saylı Kəngərli71817
4 saylı Naxçıvan74512
5 saylı Şahbuz-Babək40510
6 saylı Culfa-Babək821511
7 saylı Ordubad-Culfa4088

Ancaq Naxçıvanda adı Elçibəy olan bir nəfər də seçici yoxdur. Bunun bir səbəbi Elçibəy adını daşıyanların səsvermə yaşına çatmaması ola bilər. Əbülfəz adının artım tendensiyası isə elə təxminən Heydər adında olduğu kimidir. Bir maraqlı məqam da odur ki, 6 saylı dairədə 23 Əbülfəz Nehrəm kəndindəndir.

Adı Əbülfəz olan seçicilər

Seçki dairəsi Ümumi sayı1970-80-ci illər1980-90-cı illər
1 saylı Sədərək551014
2 saylı Şərur4178
3 saylı Kəngərli71116
4 saylı Naxçıvan89146
5 saylı Şahbuz-Babək2646
6 saylı Culfa-Babək981824
7 saylı Ordubad-Culfa1061215

İsa və İlham adlı seçicilərin sayını müqayisə edəndə görürük ki, üstünlük İlhamdadır.

Seçki dairəsi Adı İsa olan seçicilərAdı İlham olan seçicilər
1 saylı Sədərək117200
2 saylı Şərur136217
3 saylı Kəngərli76197
4 saylı Naxçıvan68302
5 saylı Şahbuz-Babək61119
6 saylı Culfa-Babək46178
7 saylı Ordubad-Culfa34187

Həzrət-Əli, yoxsa....

Azərbaycan siyasi məkanında adı Əli olan siyasətçilər çoxdur - iqtidarda da, müxalifətdə də - Əli Həsənov, Əli Əhmədov, Əli Kərimli, Əli Əliyev. Elə ölkənin ilk 7 seçki dairəsinin hərəsində Əlilərin sayı 300-dən çoxdur. Ancaq bu faktı siyasətlə yanaşı, Həzrət-Əliyə rəğbətlə də izah edənlər var.

Seçki dairəsi Adı Əli olan seçicilər
1 saylı Sədərək347
2 saylı Şərur373
3 saylı Kəngərli360
4 saylı Naxçıvan448
5 saylı Şahbuz-Babək246
6 saylı Culfa-Babək415
7 saylı Ordubad-Culfa413

Naxçıvanda uşağına təkcə yerli deyil, xarici siyasətçilərin adını qoyanlar da var

Naxçıvanda 7 saylı Ordubad-Culfa seçki dairəsində bir İndira adlı seçici də var. 1984-cü il təvəllüdlü. Hindistanın Baş naziri olmuş İndira Qandi 1984-cü il oktyabrın 31-də öldürülüb.

Bundan başqa, Naxçıvanda Marlen adlı iki seçici var - Bu ad Marks və Leninin birləşməsi hesab olunur.

Bəs siz necə, Azərbaycanda daha çox hansı siyasi adın geniş yayıldığını düşünürsüz? Şərhinizi yazın.
XS
SM
MD
LG