Eks-prezident deyib ki, Ermənistan cəmiyyətini Rusiyaya qarşı çevirmək ölkəyə ziyan vuracaq: "Rusiyanı inandırmalıyıq ki, Ermənistan bu regionda hələ də nəyisə təmsil edir, belə siyasətlə onu itirə bilərsiniz".
Azadlıq Radiosu fərqli media qurumlarının əməkdaşlarından qazanclarının onları qane edib-etmədiyini soruşub, media ekspertləri ilə durumu müzakirə edib.
Azadlıq Radiosunun Bakıda keçirdiyi sorğu.
Keçmiş prezident deyib ki, belə qərar heç kimin xoşuna gəlməyəcək, amma bu iki qonşumuzla sülh bağlanmasa, Ermənistan artıq keçmiş Sovetlər dövrünün 70 illik reallığını, həmin dövrdəki sərhədlərini bərpa edə bilməyəcək.
AzadlıqRadiosu 1990-cı illər və 2020-ci il müharibələri zamanı itkin düşmüş hərbçilərin ailələri ilə danışıb, onların bu müddət ərzində gözləntilərindən, görmək istədiyi diqqətdən söhbət açıb.
REAL Partiyasının sədri 44 günlük müharibənin başlanmasının ikinci ildönümü ilə bağlı danışır: "Hər bir böyük zəlzələdən sonra avtoşoklar olur, indiki vəziyyət də buna oxşayır".
Cobirçaya kanalizasiya sularının axıdıldığı ilə bağlı şikayətlər var. Lerik rayonundan Lənkəran rayonuna axan bu çayın suyundan kənd əhalisinin də istifadə etdiyi deyilir.
İmişlinin hər iki Qarabağ müharibəsində iştirak etmiş 1200-dən çox veteranı var ki, onların da 80 faizi işsizdir.
AzadlıqRadiosunun Goranboyun Tapqaraqoyunlu kəndindən reportajı.
İcra başçısının qəbuluna gedib, deyiblər, yerində yoxdur...
Elnur deyir ki, əlacsızlıqdan hər işin qulpundan yapışmağa hazırdır. İki uşağına çörəkpulu göndərməlidir.
AzadlIq Radiosunda olan məlumata görə, Kərəcdə həlak olan Hədis Nəcəfinin 20 yaşı varmış. Onun sentyabrın 21-də davam edən etirazları zamanı 6 güllə yarası aldığı bildirilir.
Davamı