Proses gecə saatlarında Binəqədi rayon Məhkəməsində keçirilirb. Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilsə də hər iki qərarı hakim Fərid Əmirəliyev çıxarıb. Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyevin sözlərinə görə hüquqlarını qoruduğu şəxs həbsini vəkillik fəaliyyətilə əlaqələndirib.
Azərbaycan hökuməti Qarabağda yaşayan etnik ermənilərlə bölgədə su bölgüsü əməkdaşlığına başlayıb. Bəs bu əməkdaşlıq nədən ibarət ola bilər? Hansı su mənbələri ortaq istifadə oluna bilər?
Tuva Rusiyanın Ukraynada ən çox itki verən bölgələrindəndir. Burda azsaylı xalqlardan olan Tuva türklərii yaşayır.Ukrayna müharibəsində iştiraka görə onlara aylıq təxminın 3 200 dollar təklif olunur.
Bu təlim düşərgəsini Belarus təhlükəsizlik Xidmətinin keşmiş zabitləri yaradıb. Məqsədləri ölkədə demokratik hökumət qurmaqdır.
REAL Partiyasının rəhbəri hesab edir ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Cinayət Məcəlləsinə əlavəni xatırladır.
AXCP sədri Əli Kərimli "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini tənqid edir. "Boykotla bağlı maddə bizə qarşı düşünülüb".
Ermənistan baş naziri həmçinin bildirib ki, hazırda Türkiyə ilə də dialoq başlayıb və Moskva münasibətlərin normallaşmasına kömək edə bilər.
Reabilitasiya mərkəzlərində uşaqlara psixoloji-loqopedik xidmət necə göstərilməlidir, bu iş necə qurulmalıdır? AzadlıqRadiosu bu suallara cavab axtarmağa çalışıb.
Priqojin məhbuslara itkinin 15 faiz olacağını desə də həqiqət tamamilə başqa cürdür. Hüquq müdafiəçisinin sözlərinə görə, elə ilk döyüşdə 42 məhbusdan 5-i ölüb, 12-si isə yaralanıb.
Davamı