Müxalifət tərəfdarları Baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh razılaşması imzalamağa hazır olmaqda günahlandırır.
Rus bölməsi üzrə uşaqlarına yer tapmaq üçün valideynlərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi qarşısına get-gəlləri üçüncü həftədir ki davam edir.
Hər il formaları hazırlayıb bazara çıxaran Bakı Tikiş Evinin satış üzrə müdiri Etibar Əzimov AzadlıqRadiosuna bildirib ki, qurum özəl müəssisədir və forma tikməklə bağlı heç bir öhdəlikləri yoxdur, heç bir dövlət qurumu onlarla bu işi görmək üçün müqavilə bağlamayıb.
AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu keçirib və maraqlanıb ki, son günlər sərhəddə baş verənlərlə bağlı nə qədər dolğun informasiya ala bilirlər?
Ermənistan tərəfi Cermux-Yerevan yolunun hələ də bağlı olduğunu deyir.
Ermənistan tərəfi son toqquşmalarda onlarla itki verdiyini deyir.
Dövlət Statistika Komitəsinin məktəb ləvazimatları ilə bağlı paylaşdığı rəqəmlərə əsasən, ötən illə müqayisədə bütün məhsullar üzrə artım gözə çarpır.
Paşinyan bildirib ki, hazırda hərbi əməliyyatların intensivliyi səngisə də, Azərbaycan bir-iki istiqamətdə hücumu davam etdirir.
Azadlıq Radiosunda olan məlumata görə, Ukrayna ordusu Xarkov vilayətində bəzi istiqamətlərdə Rusiya sərhədinə yaxınlaşıb.
AzadlıqRadiosu arxivə nəzər salıb və 20 aydır həbsdə olan, hazırda məhkəməsi gedən, 185 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanan Rasim Məmmədov haqqında məlumatları bir araya gətirib
Binəqədi rayon Məhkəməsində Sentyabrən 11-də vəkil Elçin Sadıqov və "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Proses gecə saatlarında Binəqədi rayon Məhkəməsində keçirilirb. Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilsə də hər iki qərarı hakim Fərid Əmirəliyev çıxarıb. Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyevin sözlərinə görə hüquqlarını qoruduğu şəxs həbsini vəkillik fəaliyyətilə əlaqələndirib.
Davamı