Onlar hökumətdən mənzil tutmaq üçün adambaşına verilməli olan 100 dollara yaxın yardımı və ev almaq üçün 25 min dollarlıq kompensasiyanı ala bilmirlər.
Aksiyaçılar "azadlıq", "istefa", "siyasi məhbuslara azadlıq" və və digər şüarlar səsləndiriblər.
Prezidentin fərmanı ilə təsdiqlənən Media Reyestri qaydaları nədən xəbər verir? AzadlıqRadiosu izah edir.
Sentyabrın 7-si Milli Məclisdə müzakirəyə çıxarılan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi cəmiyyətdə təzadlı fikirlərə səbəb oldu. Özəlliklə də, müxalifət partiyalarının sərt tənqid etdiyi məqamları bir də qonşu Gürcüstan və Ermənistandakı oxşar qanunvericiliklə müqayisə edək.
Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan hər vasitə ilə Ermənistana silah verilməsinə əngəl törətməyə çalışır.
"Nöqtə" qəzetinin baş redaktoru Tural İrfan keçmiş Bakı İslam Universitetinin bakalavr diplomu tanınmayan 3 min 573 nəfərdən biridir. Bu ali təhsil ocağının 2018-ci ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fəaliyyəti dayandırılıb və tələbələri İlahiyyat İnstitutuna yönəldirilib.
2013-cü ildə “Daş yuxular” povestinin Moskvada nəşrindən sonra Azərbaycanda kitabları yandırılan, xalq yazıçısı adından məhum edilən Əkrəm Əylisli 9 il sonra ilk dəfə oxucularıyla görüşüb. Görüş dördüncü Milli Kitab sərgisi çərçivəsində keçirilib.
İştirakçılar "Molla rejimi rədd olsun", "Diktator rədd olsun","Azadlıq" və "Ədalət" kimi şüarlar səsləndiriblər.
Eks-prezident deyib ki, Ermənistan cəmiyyətini Rusiyaya qarşı çevirmək ölkəyə ziyan vuracaq: "Rusiyanı inandırmalıyıq ki, Ermənistan bu regionda hələ də nəyisə təmsil edir, belə siyasətlə onu itirə bilərsiniz".
Azadlıq Radiosu fərqli media qurumlarının əməkdaşlarından qazanclarının onları qane edib-etmədiyini soruşub, media ekspertləri ilə durumu müzakirə edib.
Azadlıq Radiosunun Bakıda keçirdiyi sorğu.
Keçmiş prezident deyib ki, belə qərar heç kimin xoşuna gəlməyəcək, amma bu iki qonşumuzla sülh bağlanmasa, Ermənistan artıq keçmiş Sovetlər dövrünün 70 illik reallığını, həmin dövrdəki sərhədlərini bərpa edə bilməyəcək.
Davamı