AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun" yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Danimarkaya səfəri əsnasında deyib.
Rusiya hərbçiləri mayın 14-də Xarkov şəhərinə raket zərbələri endiriblər. Nəticədə 12 yaşlı oğlan və 8 yaşlı qız uşağı da daxil 17 nəfər yaralanıb.
Keçmiş deputat Nazim Bəydəmirli deyir ki, həbsdə olduğu 10 ayı aşan müddətdə ona dəfələrlə vədlər verilib, həbsinin anlaşılmazlıq olduğu və tezliklə aradan qalxacağı bildirilib.
2024-cü ilin yazı: Tbilisidə və Yerevanda mərkəzi meydanlarda hökumətə qarşı mitinqlər keçirilir. Bakıda isə sərbəst toplaşmaq yalnız hökumətin icazəsi ilə mümkündür.
Azərbaycan prezidenti təhlükəsizlik xidmətinin rəhbəri Bəylər Əyyubov dünyanın ən avtoritar liderlərindən birinin inandığı adamdır. OCCRP-nin araşdırmaçı jurnalistləri onun ailəsinin Londonun şimalındakı bir küçədə üç dəbdəbəli evə sahib olduğunu üzə çıxarıb. Ancaq bu, heç də hamısı deyil.
Üç il öncə 67 manata aldığını indi 100 manata ala bilərsən
İan Borq vurğulayıb ki, ATƏT iki ölkə arasında davam edən prosesə müdaxilə etməyəcək.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 13-də axşam bildirib ki, Xarkov vilayətindəki Volçansk şəhərindən şimalda Ukrayna qüvvələri Rusiya qoşunlarını geri oturtmağa başlayıb.
Gürcüstan paytaxtında polis "xarici agent" qanununun qəbuluna etiraz edən 20 nümayişçini saxlayıb.
Arxiyepiskop Qalstanyan Yazıçılar və Rəssamlar İttifaqlarının üzvləri, habelə alim və ziyalılarla görüşərək baş nazir Nikol Paşinyanın istefası tələbinə daha çox dəstək toplamağa çalışır.
'Qərbin Ukraynaya indiki yardımı qələbəyə yetməz'.
Həbsdə olan ictimai fəal Rail Abbasov deyir ki, ona verilən dələduzluq ittihamı saxtadır.
Davamı