Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:08

Yol polisinin avtomobil parkı yenilənib


Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidmətinə “Mersedes” markalı 118 avtomobil alıb.

Bu gün, dekabrın 25-də prezident İlham Əliyev xidməti istifadə məqsədilə alınan yeni avtomobillərə baxış keçirib.

Ölkə başçısının internet səhifəsinin məlumatına görə, yol polislərinə alınmış avtomobillərin 75-i “Mersedes” C-300 markalıdır. 4 avtompbil E-450, 39-u isə E-350 modeldir.

Avtomobillərin hamısında yeni i-Patrul sisteminin quraşdırıldığı, həmin sistemin texniki xüsusiyyətlərinə görə, əvvəlkilərdən xeyli fərqli olduğu bildirilir.

Yol polisi ətrafı 360 dərəcə izləyəcək

Yeni Yol Patrul Xidməti avtomobilləri dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malikdir. Sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub.

Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb.

Həmçinin, avtomobillərdə yan istiqamətlərdə “nömrətanıma”, gecə görüntüsündən ötrü 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS (Qlobal Mövqetəyinetmə Sistemi) modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.

Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunacaq.

Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir.

Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülməlidir.

DİN Post Patrul Xidmətindən də ötrü isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Həmin avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub.

DİN-in müvafiq strukturlarında digər xidmətlərdən ötrü isə Azərbaycan istehsalı olan “Khazar” LD avtomobillərinin alındığı bildirilir.

Bu il daha nələr alınmışdı?

Hələ avqust ayında yol polislərinin avtomobil parkının yeniləndiyi xəbər verilirdi.

Həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirmişdilər ki, hazırda istifadəedilən “BMW” markalı avtomobillər "Mercedes"lərlə əvəz ediləcək.

Bakıya 70 ədəd son model "Mercedes" markalı avtomobilin gətirildiyi, onların Bakı şəhərində xidmət aparan yol polislərinə veriləcəyi bildirilirdi.

Son model "Mercedes" markalı avtomobilin texniki göstəricilərinin “BMW”lərdəkindən xeyli fərqli olduğu qeyd edilirdi.

Xatırlatma

Son bir neçə ildə Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə, cərimlərin məbləği artırılıb.

Bəzi ekspertlər deyirlər ki, bu cərimələrin məbləği Azərbaycandakı maaş və pensiyalarla heç də uyğunluq təşkil etmir. Onlar belə olan halda yol polisinə bahalı avtomobillərinin alınmasını israfçılıq sayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG