Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 14:10

'Kreditlə dəfn mərasimini yola verənlər var' [media icmalı]


Yas mərasimi (arxiv fotosu)
Yas mərasimi (arxiv fotosu)

Ölkə iqtisadiyyatının durumu, bank sistemində böhran və dəfin xərcləri bu gün (05 avqust, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Bankların gəliri 50 faizdən çox azalıb

Novoye Vremya” qəzetində “Bank sistemində çaxnaşma davam edir” sərlövhəli məqalə oxumaq olar.

Yazıda öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) avqustun 4-də verdiyi açıqlamalara istinadən ölkənin bank sistemində müsbət və mənfi meyllərdən bəhs edilir. Müsbət meylə nümunə kimi əhalinin banklara yatırdıqları əmanətlərin həcminin son aylarda atması göstərilir. Mənfi meyllər kimi isə bank aktivlərinin və əhaliyə verilən kreditlərin azalmasının üzərində dayanılır.

Buna da bax:​ Mərkəzi Bankın ehtiyatları ikiqat arta bilər - Standard&Poor's

Müəllif bankların mənfəətlərinin 50 faizdən çox azalmasını da mənfi göstərici sayır:

Bağlanmış "Zaminbank". 20sen2016
Bağlanmış "Zaminbank". 20sen2016

“Əmanətlərin həcminin artmasını bank sisteminin sağlamlaşdırılmasının başlanğıcı saymaq olmaz. Bu fonda bankların mənfəətləri azalır, bu isə o deməkdir ki, bank sistemində hələ çaxnaşma var. Əhalinin əmanətlərinin artması meyli davamlı olarsa bu və ya digər şəkildə bankların kapitallaşmasının yaxşılaşmasına kömək edə bilər”.

Yazıda bildirilir ki, bankların gəlir yeri kreditlərin verilməsidir. Son illər nəinki təkcə banklara əmanətlərin qoyulması azalıb, üstəlik, kredit verilməsi də dayandırılıb.

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

Müəllifin bildirməsinə görə, beynəlxalq reytinq agentlikləri də vurğulayıblar ki, kapitallaşma prosesi yaxşılaşmayacağı halda bankların vəziyyətinin pisləşməsi sürətlənəcək:

“Onların indiki durumunu nəzərə aldıqda demək olar ki, bank sistemi hələ uzun müddət böhrandan çıxa bilməyəcək. Dövlətin isə bütün bank sisteminin tələbatını ödəmək imkanı yoxdur”.

Bankların mövcud ağır duruma düşməsinin səbəbləri barədə danışan müəllif yazır ki, bank sahibləri tez bir zamanda oliqarxa çevrilməkdən ötrü kredit faizlərini fantastik dərəcədə yüksəltmişdilər. Bu isə müəllifin gəldiyi nəticəyə görə, onların öz banklarını tənəzzülə aparması idi...

Dəfn neçəyə başa gəlir?

Exo” qəzetində isə diqqəti “Azərbaycanlıların 15%-i öz hüzr mərasiminə pul yığır” sərlövhəli məqalə cəlb edir.

Buna da bax:​ Bank sistemi hələ də “dalan”da

Müəllif ekspert Nəriman Ağayevlə Azərbaycanda bir sıra hüzr mərasimlərində pul yığması və ümumilikdə bu mərasimlərin vətəndaşlara neçəyə başa gəlməsini müzakirə edib.

Ekspert deyib ki, Azərbaycandakı bəzi hüzr mərasimlərində ölü yiyəsinə yük düşməməkdən ötrü pul yığılır:

“Yeri gəlmişkən, hazırda Azərbaycanda dəfn mərasimi 1-3 min manat arasındadır. Qəbir üçün yer götürülməsi 500-1500 manatdır. Amma iki devalvasiyadan sonra ölkə vətəndaşları dəfn mərasimlərinə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa məcbur olublar”.

Ekspertin bildirməsinə görə, 2015-ci ildə hər mərhumun dəfn və hüzr mərasimlərinə orta hesabla 5 min manat vəsait xərclənib:

“Dəfn, dini ayinlərin icrası, ehsan mərasimlərinin təşkilinin dövriyyəsi isə ölkə üzrə 36 milyon manat olub. Hazırda isə qiymətlərin bahalaşmasına baxmayaraq, bu rəqəm cəmi 6 milyon manatdır. Əhali artıq, cümə axşamı məclislərindən imtina edir, 3, 40 və il məclisləri ilə kifayətlənir. Hesablamalara görə, dəfn, qəbürüstünün götürülməsi və başqa hüzr xidmətləri ən azı vətəndaşa 3-4 min manata başa gəlir. Bunlar ən az hüzr məsrəfləri sayılır”.

Buna da bax:​ Dəfn xərclərini necə azaltmaq olar?

N. Ağayev deyib ki, bir çox vətəndaşlar xəbərsizdirlər ki, işləyən vətəndaş vəfat etdikdə dövlət onun əməkhaqqının iki mislini doğmalarına hökmən ödəməlidir. Bu pensiya alanlara da aiddir.

Ekspert həmçinin bildirib ki, qəbir yerlərinin götürülməsi qaydaları ilə bağlı parlament artıq, qanun hazırlayır. Həmin qanunda vahid tarif nəzərdə tutulur və bu məsələ qanun şəklində həllini tapacaq.

Mehman Qələndərovun məzarı
Mehman Qələndərovun məzarı

N. Ağayev deyib ki, Azərbaycanda hətta bəzi adamlar dəfin mərasimlərini yola verməkdən ötrü kredit götürüblər. Belə hallar mütləq aradan qaldırılmalıdır.

Buna da bax: İqtisadiyyat nazirliyi: 'İxrac artıb'

İqtisadi inkişafın səbəbləri...

“Azərbaycan” qəzetində ”Möhkəm bünövrə və davamlı islahatlar” sərlövhəli məqalə http://azerbaijan-news.az/index.php?mod=3&id=127498dərc edilib.

Yazıda bildirilir ki, prezident İlham Əliyev Azərbaycanı bölgədə və dünyada sabitlik adası adlandırıb. Müəllifin gəldiyi nəticəyə görə, ölkədəki iqtisadi inkişaf məhz bu sabitliklə bağlıdır.

İlham Əliyev Qax-Zaqatala bölgəsində. 03avq2017
İlham Əliyev Qax-Zaqatala bölgəsində. 03avq2017

Yazıda vurğulanır ki, Azərbaycanın dörd bir tərəfi ya ictimai-siyasi vəziyyətin qeyri-sabitliyi, ya da iqtisadi-maliyyə böhranının tüğyan etməsi üzündən illərdir çalxalanır. Azərbaycan isə inkişafa davam edir. Hətta neftin qiymətinin subyektiv səbəblərdən ucuzlaşması səbəbindən yaranan məlum problemlər də bu inkişafa elə də ciddi təsir etmir.

Buna da bax:​ Prezident: 'Onların savadsızlığı ucbatından kənd təsərrüfatı tənəzzülə uğradı'

Müəllifə görə, bu inanılmaz olsa da reallıqdır və hər gün bu reallığın nəticələri üzə çıxır. Sənaye müəssisələri, sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələri həyata keçirilir.

Müəllif hesab edir ki, bu inkişaf təməli möhkəm qoyulub. Bu təməl elə də uzaq keçmişə söykənmir.

Yazıda vurğulanır ki, 2004-2014-cü illər ərzində dünyada böhran baş verənə qədər Azərbaycan böyük uğurlara imza atıb:

“Bir sözlə, həmin illərin uğurlarını yazmaqla qurtaran deyil. Əgər Azərbaycan iqtisadiyyatı dünyanın indiki təzadlı vaxtında duruş gətirib sabitliyini qoruya bilirsə, bu, yalnız prezident İlham Əliyevin təşəbbüsü, birbaşa rəhbərliyi ilə vaxtında qoyulmuş möhkəm bünövrə və bir də həyata keçirilən islahatlar hesabına mümkün olur”.

XS
SM
MD
LG