Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:01

İqtisadiyyat nazirliyi: 'İxrac artıb'


İqtisadiyyat naziri Şahin Mustafayev

2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4, kənd təsərrüfatı 2,2 faiz artıb. İxracın həcmi isə ümumilikdə 36 faiz yüksəlib.

Bunu yarımilin yekunları barədə İqtisadiyyat nazirliyində keçirilmiş toplantıda nazir Şahin Mustafayev deyib. Toplantı ilə bağlı bu gün, iyulun 25-də nazirliyin saytında məlumat yayılıb.

Nazirin bildirdiyinə görə, yarımildə qeyri-neft ixracının həcmi 27 faiz artıb. Ölkə iqtisadiyyatına yatırılan investisiyalarda da artımın müşahidə olunduğu bildirilir. Nazirin sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycana 5 mlrd. dollar investisiya qoyulub.

Buna da bax:​ Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz verdi

Ş.Mustafayev ölkənin valyuta ehtiyatlarının çoxaldığını, 40,6 milyard dollar təşkil etdiyini bildirib.

Toplantıda son illərdə fəaliyyətə başlayan sənaye parklarının fəaliyyəti barədə də məlumat verilib.

Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında 2013-cü ildə fəaliyyətə başlayan, 760 nəfərdən çox işçinin çalışdığı "Azertexnolayn" zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 mln. manatlıq məhsul istehsal olunub. Sənaye parkında bu il daha 5, 2018-ci ildə isə 3 müəssisənin fəaliyyətə başlayacağı bildirilir. Həmin müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Buna da bax: İqtisadçı: Ölkədə inflyasiya gəlirləri 'yeyir'

Balaxanı Sənaye Parkında isə 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisənin fəaliyyətə başlanacağı bildirilib. Həmin müəssisələrdə 400-ə yaxın yeni iş yerinin yaradıldığı bildirilib.

Toplantıda hökumətin hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda sənaye zonalarının yaradılması imkanlarını araşdırdığı bildirilir.

Xatırlatma

Ancaq hökumətin iqtisadi inkişaf haqda açıqlamalarına müstəqil iqtisadçılar şübhə bəsləyirlər. Onlar hökuməti tənqid edərkən də elə rəsmi məlumatlara istinad edirlər. İqtisadçılar vurğulayırlar ki, bu ilin 6 ayında ümumi daxili məhsul ( ÜDM) 1,3 faiz azalıb. Ötən il isə ÜDM-də 3,8 faiz azalma baş verib. Ekspertlər bildirirlər ki, rəsmi toplantılarda hökumət üzvləri göstəriciləri ictimaiyyətə bir tərəfi qaydada çatdırırlar.

Buna da bax:​ Yeni hesabat: 'Azərbaycanda vətəndaş haqlarının durumu Somali ilə eynidir'

Üstəlik, onlar ölkə iqtisadiyyatına yatırılan investisiyaların artması haqda açıqlamanı da düzgün saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG