Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:32

Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz verdi


Dünya Bankı
Dünya Bankı

2017-ci ildə Azərbaycanda ÜDM 1.4 faiz azalacaq, 2018-ci ildə isə 0.6 faiz artacaq. Bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir.

Bu il qlobal iqtisadi artım 2.7 faiz həddində möhkəmlənəcək. Səbəb emal sənayesi və ticarətdə yüksəliş, bazara inamın artması, xammal qiymətlərinin sabitləşməsi və bütün bunların inkişaf etməkdə olan ölkələrdə artıma imkan verməsidir. Bunu Dünya Bankı «2017-ci il Qlobal İqtisadi Perspektivlər» adlı hesabatında bildirir.

AZƏRBAYCAN İQTİSADİYYATINDA DİRÇƏLİŞ ƏLAMƏTLƏRİ

Qabaqcıl iqtisadiyyatlarda artımın bu il 1.9 faizədək yüksələcəyi bildirilir ki, bundan həmin ölkələrin ticarət tərəfdaşları da faydalanacaq. Dünya Bankı yeni yaranan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə isə artımın ötənilki 3.5 faiz səviyyəsindən bu il 4.1 faizə yüksələcəyini vurğulayır.

Hesabatda qeyd olunur ki, 2014-cü ildə neftin qiymətlərinin xeyli artması, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin gəlirlərinin yarıdan çoxunun karbohidrogen ehtiyatlarından əldə etməsiylə sonuclanıb. Bu səbəbdən qiymətlərin qəfil düşməsi enerji ixracatçısı olan ölkələri kəskin fiskal dəyişikliklərə məcbur etdi, maliyyə ehtiyatları azaldı.

100 min dollarınız olsaydı, nə biznes açardınız?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

«Xammal ixracatçıları bəzi büdrəmələrə baxmayaraq, iqtisadiyyatlarını bərpa etməkdədirlər.... İlin əvvəlinə olan bilgilər Azərbaycan iqtisadiyyatında da dirçəliş əlamətlərini büruzə verir. Buraya qeyri-neft sektoru da daxildir», – hesabatda deyilir.

XAMMAL İXRACATÇILARINDA ARTIM SÜRƏTLƏNƏCƏK

Dünya Bankı bu il xammal ixracatçılarında artımın sürətlənəcəyini bildirir. Ancaq Azərbaycanda istehsalat (ÜDM) azalmaqda davam edəcək. Düzdür, bu, ötənilkindən daha yavaş gedəcək. Qurum bank sistemindəki zəifliklərin, sərt pul-kredit siyasətinin artıma təsir göstərdiyini bəyan edir.

Ancaq Dünya Bankı onu da qeyd edir ki, bank sektoru da daxil olmaqla, hökumətin apardığı struktur islahatlar Azərbaycan, Belarus və Qazaxıstanda artımın yüksəlməsinə səbəb olacaq. Hesabatda Azərbaycan da daxil, bir sıra ölkələrdə bank sektorunun sağlamlaşdırılması prosesinin uzana biləcəyi də vurğulanır.

Rusiyadakı artımın bu il 1.3 faiz, gələn il 1.4 olacağı proqnozlaşdırılır. Qazaxıstandakı artım isə bu il üçün 2.4 faiz, gələn ilə 2.6 faiz civarında gözlənir. Xammal idxalçısı ölkələrdən Türkiyədə bu il artım 3.5 faiz olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG