Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'


Kreditlər polislə, həbslə geri qaytarıla bilərmi?
Gözlə

No media source currently available

0:00 0:09:33 0:00

Kreditlər polislə, həbslə geri qaytarıla bilərmi? [A-Live]

Banklar ətrafında həbslər yenidən gündəmə gəlib.

Millət vəkili Vahid Əhmədov deyir ki, səbəb sadədir. Bank sektorunda islahatlar başlayandan bəri vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, əksinə artıb: 1.7 milyard manata çatıb.

Yerli mediada iyulun 26-da “Bank Standart” kredit götürən, lakin bu krediti qaytarmadığı üçün bəzi adamların həbs olunması haqda xəbər yayıldı.

Buna da bax:​ Daha bir şirkət rəhbəri kreditə görə həbs edilib

Bundan başqa Maliyyə nazirliyi Beynəlxalq Bankın kreditləri ilə bağlı 50 hüquqi şəxs, 5 fiziki şəxs haqda işi yekunlaşdırıb və Daxili işlər nazirliyinə göndərib. Nazirlik 2001-2015-ci illərdə götürülmüş kreditləri araşdırıb. Həmin ərəfədə Beynəlxalq bankın səhmlərinin 51 faizi dövlətə - Maliyyə nazirliyinə məxsus idi.

Bəs, inzibati üsullarla, bank sektorunu xilas etmək mümkün olacaqmı?

Maliyyə Bazarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı məzuniyyətdə olduğundan sualımızı cavablaya bilməyəcəyini bildirdi.

Buna da bax: Bank sistemi hələ də “dalan”da

Millət vəkili Vahid Əhmədovsa deyir ki, bank sektorunda qanun pozuntularının uzun siyahısını sadalayır:

Vahid Əhmədov
Vahid Əhmədov

“1.7 milyard manata yaxın vaxtı keçmiş kreditlər var. “Şapka” götürməklə və digər qeyri-qanuni yollarla yüksək məbləğdə girovsuz kreditlər veriblər. Yəni, bank sistemində çox böyük çatışmazlıqlar var. Ona görə də bu yoxlamalar gücləndirilib. Prokurorluq, Daxili İşlər orqanları da bu işlə məşğul olmalıdırlar”.

Buna da bax:​ Bank əməkdaşı kreditləri 'Topaz'da uduzmaqda suçlanır

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da düşünür ki, həbslər qaytarılmayan problemi kreditlərlə bağlı durumu düzəldə bilər. Lakin o hesab edir ki, burada məsuliyyət yalnız kredit götürənlərin yox, həm də kredit verənlərin üzərinə düşməlidir:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Əslində proses belə gedir: Bankdan 10 milyonluq kredit götürmək istəyən sahibkar cəmi 2 milyonluq girov qoyur. Amma bank rəhbərliyi bu iki milyonluq girovu 15 milyon kimi qiymətləndirir və sahibkara 10 milyon kredit verməyə razılaşır. Lakin 10 milyonun hamısını sahibkara vermir. Bu vəsait sahibkar, bank rəhbərliyi, eləcə də banka nəzarət etməli edən qurum arasında bölüşdürülür”.

Buna da bax:​ Sahibkar bankdan şikayətçidir: 'Məni boğaza yığıblar'

Buna görə də Əkrəm Həsənov hesab edir ki, yalnız sahibkarlar yox, ona krediti verənlər və buna göz yuman nəzarət qurumları də məsuliyyətə cəlb olunmalıdır.

Bakı sakinlərini də müzakirələrə qatmışıq, onlardan soruşmuşuq ki, Banklarda sizi nə qane etmir.

Banklarda sizi qane eləməyən nədi? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Azərbaycanda ilk devalvasiyadan sonra – 2015-ci ilin martından işadamları, eləcə də Beynəlxalq Bankın sədri Cahangir Hacıyev və digər rəhbər vəzifəlilər həbs olunub. Onlar həm də qeyri-qanuni yollarla öz yaxın çevrələrinə kredit verməkdə suçlanırlar. Lakin həbs olunanlar və saxlananlar ittihamı rədd edir. Kreditlərin konkret işlər üçün verildiyini bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG