Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

Prezident: 'Onların savadsızlığı ucbatından kənd təsərrüfatı tənəzzülə uğradı'


İ.Əliyev

«Nəinki bu üç rayonda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür».

Dövlət başçısı İlham Əliyev bu sözləri bu gün, avqustun 4-ü Qax rayonunda keçirilən Respublika müşavirəsində bildirib.

Prezident deyib ki, bu bölgədə tütünçülüyün, baramaçılığın və fındıqçılığın zəngin ənənələri var:

«Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir».

Buna da bax-Kəndlilər: 'Fındıq bağları əlimizdən alınır'

Dövlət başçısı deyib ki, bu müşavirə həmin sahələrin yenidən inkişafına həsr edilib:

«Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür. Eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq».

«ONLARIN SƏRİŞTƏSİZLİYİ VƏ SAVADSIZLIĞI...»

İ.Əliyev müstəqilliyin ilk illərində (1992-1993) hakimiyyətdə olmuş AXC və Müsavat cütlüyünü tənqid etməyi də unutmayıb. Onları antimilli qüvvələr adlandırıb:

«Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı».

***Buna da bax-'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

Dövlət başçısı vurğulayıb ki, yalnız 1993-cü ildə H.Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin edilib. Bütün qanunsuz silahlı birləşmələr tərksilah olunub və qayda-qanun yaradılıb

İ.Əliyev 2004-cü ildən bu yana regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramlarına da toxunub. Dövlət başçısı deyib ki, məhz bu proqramların qəbulu nəticəsində bölgələrdə inkişaf təmin edilib:

ÖLKƏNİN 93 FAİZİ QAZLAŞDIRILIB...

«Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir. Biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik».

İ.Əliyev vurğulayıb ki, onun hakimiyyətə gəldiyi vaxtdan ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. 1.5 milyon yeni iş yeri açılıb. Bunun çoxu, prezidentin deməsinə görə, daimi iş yerləri olub:

***Buna da bax-'Azəriqaz'ın 'romantik' melodiyaları abonentləri qəzəbləndirib

«Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox yüksəlib. Biz 6 ayda valyuta ehtiyatlarını artırmışıq...».

XATIRLATMA

Prezident İlham Əliyev avqustun 3-də ölkənin şimal rayonlarına səfər edib. O, Balakən, Zaqatala və Qax rayonlarında olub.

Prezident Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunun və «ABAD Mərkəz»in açılışında iştirak edib

Habelə, Zaqatalada 110/35/10 kwt-lıq «Bəhmətli» elektrik yarımstansiyasının açılışına qatılıb və «AzRose» MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsinin, «Azərtütün» MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.

Bundan başqa, prezident Qax səfəri çərçivəsində fındıq təsərrüfatlarında olub, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG