Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:17

Xəzər dənizində 4 uşaq boğulub


Foto arxiv

Dünən, avqustun 10-da Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 uşaq batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Uşaqlar 10-12 yaş arasında olublar. Onların 3-ü qız, biri oğlan olub.

Boğulanlardan üçünün meyidi tapılsa da birinin axtarışı davam edir.

Yerli mətbuatda bu il Xəzərdə boğulma halları ilə bağlı məlumatlara daha çox rast gəlmək mümkündür. Bu il iyulun 17-də bir gündə 6 şəxsin batması ilə bağlı məlumat yayılmışdı.

Belə olayların bir çoxunun əsasən qeyri çimərlik ərazilərində baş verdiyi bildirilir.

Yerli mətbuatda bu Xəzərin bir çox ərazilərinin imkanlı şəxslər tərəfindən çəpərlənməsi, əksər çimərliklərin də pullu olması ilə izah edilir. Bəzi müşahidəçilərin iddiasına görə, nəticədə bəzi insanlar qeyri çimərlik ərazilərinə üstünlik verirlər, belə yiyəsiz ərazilərdə isə bədbəxt hadisə riski artır. Hərçənd, rəsmilər Azərbaycanda əksər çimərliklərə girişin pullu olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG