Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:27

'Made in Armenia': Sifarişçilər 'smart pulqabı'larını dekabrda alacaqlar


Volterman smart pul qabı, Yerevan, 03 iyul 2017
Volterman smart pul qabı, Yerevan, 03 iyul 2017

“Indiegogo” platforması əsasında yaradılmış “Volterman” - “ağıllı pulqabı"sının istehsalını dəstəkləməyə ilk 5 gün ərzində 200 min dollardan artıq vəsait toplanıb.

Layihə bütün dünyada insanların böyük marağına səbəb olub: yeni pulqabılarını almaqdan ötrü dekabra qədər gözləməyə hazır 500-dən çox adam artıq ilkin ödənişini edib.

Buna da bax:​ Moskva erməni soyadlı rusların Azərbaycana buraxılmamasına etiraz edir

Belə bir pulqabının yaradılması ideyası Azat Tovmasyana məxsusdur. Tovmasyan iki dəfə öz pulqabısını itirdikdən sonra onu telefonla birləşdirmək qərarına gəlib və anlayıb ki, belə bir ideyanı uğurlu biznes layihəsinə çevirmək olar.

«Pulqabınız yaxındadırsa, onu asanlıqla tapa bilərsiniz. Ancaq onu itirsəniz, ya da onu kimsə sizdən oğurlasa, onun harada olduğunu görə bilərsiniz», – deyə layihənin müəllifi izah edir.

"Volteman" layihəsini işləyən komanda, Yerevan, 03 iyul 2017
"Volteman" layihəsini işləyən komanda, Yerevan, 03 iyul 2017

PULQABI ONU AÇMIŞ ŞƏXSİN ŞƏKLİNİ DƏ ÇƏKƏCƏK

Əgər "ağıllı pulqabınızı" haradasa unutmusunuzsa, yaxud da onu sizdən oğurlayıblarsa, "ağıllı" sistem smartfonunuza həyəcan siqnalı göndərəcək. Pulqabı hətta onu açmış şəxsin şəklini də çəkəcək. Bu şəxs ya pulqabını tapmış ilk adam, ya da onu oğurlamış şəxs ola bilər. "Ağıllı pulqabı" pulların təhlükəsizliyinin qayğısına qalmaqdan başqa, həm də Wi-Fi yayacaq və telefonun işini çox yükləməmək üçün alternativ yaddaş bankı olacaq.

Buna da bax: Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

Layihənin beynəlxalq platformada təqdimatı işində Azat Tovmasyana kömək edən Narek Vardanyan deyir: «Çox istərdik ki, bu layihə uğurluluq baxımından presedentə çevrilsin və Ermənistanda hər kəs bu layihənin uğurunu görüb anlasın ki, bu ölkədə də öz maraqlı ideyalarını reallaşdıra və beynəlxalq standartlara cavab verən layihələrini gerçəkləşdirə bilərlər».

«Bütün dünyaya göstərmək istəyirik ki, Ermənistandan da nəinki dünyada istənilən layihədən geri qalmayan, hətta ondan üstün layihələr çıxa bilər», – deyə Narek Vardanyan əlavə edir.

Yeri gəlmişkən, “Volterman Indiegogo” platformasında uğur qazanmış yeganə erməni layihəsi deyil. Sonuncu uğurlu layihələrdən biri də 400 min dollara yaxın vəsait toplamış Yecup layihəsidir.

Buna da bax:​ Erməni sürücülər daha Rusiyada işləyə bilməyəcəklər

HƏDƏF ALICILAR

«Ağıllı pulqabıya» gəlincə, o, üç çeşiddə buraxılacaq. Belə ki, onun klassik, yalnız kartlar və səfərlər üçün nəzərdə tutulmuş növləri olacaq. Belə pulqabıların uyğun olaraq 89, 129 və 157 ABŞ dollarına satılacağı nəzərdə tutulub.

«Hədəf alıcımız Amerika, Böyük Britaniya, Kanada, Avstraliyadan olan 35 - 40 yaşlı kişilərdir», – deyə Narek Vardanyan qeyd edib. O əlavə edib ki, yeni məhsulu sifariş verənlərin sayına görə Ermənistan ikinci yeri tutur. Birinci yerdə isə ABŞ gəlir.

Buna da bax:​ Ermənistandan ilk günəş bateriyaları zavodu açılır

Kişilər üçün nəzərdə tutulmuş smart pulqabı qadınların da marağına səbəb olub. Hazırda layihənin təşəbbüskarlarına ən çox verilən sual belə bir pulqabının qadınlar üçün versiyasının nə zaman buraxılacağı barədədir.

"Volterman"ın yaradıcıları isə iddia edirlər ki, smart pulqabıların istehsalını Ermənistanda təşkil edəcəklər və bütün dünyada sifarişçilər əlində üzərində «Made in Armenia» yazılmış "ağıllı pulqabılar" tutacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG