Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:42

Ermənistandan ilk günəş bateriyaları zavodu açılır


Ermənistanın baş naziri Karen Karapetyan

Ermənistanın baş naziri Karen Karapetyan ölkədə ilk günəş batareyaları istehsal edəcək, "Profpanel" şirkətinə məxsus zavodunun açılışını edib.

Ermənistan hökumətinin yaydığı məlumatda deyilir ki, zavod "SolarOn" markası ilə fəaliyyətə 2016-cı ildən başlayıb.

Hökumət rəhbərliyi bildirir ki, "SolarOn" günəş batareyalarını istehsal etmək və quraşdırmaqda zavodun gücü ildə 10 meqavatdır. Tam gücü ilə işləsə 50 nəfər işçi tələb olunur.

Zavoda 2 milyon dollar investisiya qoyulduğu bildirilir. Şirkət öncə yerli bazara, daha sonra isə regiona və digər ölkələrə ixrac etməyi planlayır.

Günəş mini-stansiyasının gücü 1.5 kilovatdır, bu aya təxminən 200 kilovosaat edir və 1.5-1.7 min ABŞ dolları deməkdir.

Hökumətin 23 fevral 2017-ci il tarixli qərarı ilə lazımi materialların ölkəyə gətirilməsi gömrük rüsumundan azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG