Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 06:55

Üç konqresmen arzuolunmaz şəxs siyahısına salınıb


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü, Hikmət Hacıyev , 5 dekabr 2014

Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edən ABŞ Konqresinin nümayəndələr palatasının 3 üzvünün adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu haqda Xarici İşlər Nazirliyinin (XİN)mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

Açıqlamada bildirilir ki, adları arzuolunmaz şəxslər siyahısına daxil edilən konqresmenlər David Valadao, Frank Pallone və Tulsi Qabbard-dır. Konqresmenlərin işğal olunmuş əraziləriə səfər etməklə Azərbaycanın ərazi bütövlüyünü,suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında” və“Dövlət Sərhədi haqqında” qanunları pozduğu bildirilir.

H.Hacıyev hesab edir ki, konqresmenlərin hərəkəti regionda münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir.

H.Hacıyev əlavə edib ki, konqresmenlərin səfərinin hansı maliyyə şərtləri altında həyata keçirilməsini ABŞ Konqresinin müvafiq etik komitələri araşdırmalıdırlar.

XİN rəsmisinin bu açıqlaması ilə bağlı, hələlik, sözü gedən konqresmenlərin fikrini öyrənmək mümkün olmayıb.

Azərbaycan hökuməti onunla razılaşmadan işğal edilən ərazilərə səfərlər edən əcnəbilərin adlarını arzuedilməz şəxslərin siyahısına yazır. Hazırda bu siyahıda 700-ə yaxın əcnəbi vətəndaşının adı var.

Bir sıra ekspertlər hesab edirlər ki, bu siyahiya bəzən ayrı-ayrı vaxtlarda sonradan subyektiv mülahizələrlə də korrektələr edilib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədərErmənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG