Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:26

MSK-nın müxalif partiyanın seçki pozuntusu iddiasına cavabı


Türkiyənin Mərkəzi Seçki Komissiyası prezident Recep Tayyib Erdoğana yeni səlahiyyətlər verən 16 Aprel referendumunun nəticələrini tanıyıb.

Seçki Komissiyasının sədri Sadi Guven aprelin 17-də əsas müxalifət partiyası Cümhuriyyət Halk Partisinin (CHP) seçkilərdə nizamsızlıq və möhürsüz seçki bülletenlərindən istifadə haqda iddialarına münasibət də bildirib.

O deyib ki, möhürsüz bülletenlər Yüksək Seçki Şurasında hazırlanıb və keçərlidir.

Müxalif CHP partisi tələb edir ki, seçki qutularının 60 faizində səslər yenidən sayılsın.

Türkiyə Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə 16 aprel Referendum dəyişikliklərinə seçicilərin 51,3 faiz səs "hə" deyib. Referendum ölkənin ana yasasına 18 dəyişiklik nəzərdə tutulur və Erdoğanın 2029-cu ilə qədər hakimiyyətdə qalmasına imkan yaradır.

Seçkilərin nəticələri Türkiyənin dörd bir yanında həm bayram, həm etirazlara qarşılanıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG