Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

Türkiyə Macron-un ‘Erməni soyqırımı’ qərarını pisləyir


Emmanuel Macron və xanımı Brigitte Macron Yerevandakı "Soyqırım Xatirə Ansamblını" 2018-ci ilin oktyabrında ziyarət etmişdilər
Emmanuel Macron və xanımı Brigitte Macron Yerevandakı "Soyqırım Xatirə Ansamblını" 2018-ci ilin oktyabrında ziyarət etmişdilər

Türkiyə Fransa prezidenti Emmanuel Macron-un 24 aprelin Erməni soyqırımının xatirə günü elan edilməsi qərarını “siyasi manipulyasiya” adlandıraraq pisləyib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, “öz ölkəsində siaysi problemlərlə üzləşən Macron fürsətçilik edir və siyasi kapital qazanmağa çalışır”.

Kalının bu bəyanatından bir gün əvvəl verilən xəbərdə deyilirdi ki, Fransa prezidenti Emmanuel Macron 24 apreli “erməni soyqırımının ölkə boyunca anım günü” elan edib.

Macron bu bəyanatı fevralın 5-də Fransanın erməni icmasının təşkil etdiyi illik şam yeməyi zamanı verib.

Bu, Macron-un 2017-ci ilin seçki kampaniyası zamanı verdiyi vədlərindən biri idi.

Prezident deyib ki, Fransa “erməni xalqının Osmanlı imperiyasında qatil təqibini pisləyən” ilk ölkələrdən biri olub.

Şam yeməyini Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası təşkil etmişdi. Bu mərasim hər il keçirilir.

Fransa I Dünya Müharibəsi illərində iddia olunduğuna görə 1, 5 milyon erməninin osmanlılar tərəfindən qətliam və deportasiya edilməsini 2001-ci ildə rəsmən “soyqırım” kimi tanıyıb.

Almaniya da daxil daha 22 ölkə buna bənzər addım atıb.

Ermənistan bildirir ki, ermənilərin kütləvi qırğını “müasir tarixdə soyqırımın ilk nümunələrindən biridir” və nasist Almaniyasında II Dünya Müharibəsi zamanı 6 milyon yəhudiyə qarşı törədilən Holokostdan əvvəl baş verib.

Türkiyə bu ittihamları qəbul etmir və bildirir ki, ölənlərin sayı iddia edildiyindən qat-qat az olub və hadisələr Osmanlı hökuməti tərəfindən planlaşdırılmış və sistematik həyata keçirilən akt olmayıb.

Kalın deyib ki, “qondarma soyqırım hüquqi bazası olmayan siyasi yalandan” başqa bir şey deyil:

"Kimsə bizim tariximizə qara yaxa bilməz”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG