Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:42

Türkiyə və İsrail rəsmən barışdılar


Türkiyə və İsrail mediasında yayılan xəbərlərə görə prezident Recep Tayyip Erdoğan İsraillə öz ölkəsi arasında münasibətlərin normallaşdırılmasına dair parlamentin yenicə qəbul etdiyi qanunu imzalayıb.

Daily Sabah xəbər verir ki, 6743 nömrəli qanun iki ölkə arasında kompensasiya razılaşmasını ehtiva edir və icra üçün Nazirlər Kabinetinə verilib.

Türkiyə parlamenti sözü gedən qanunu avqustun 20-də qəbul etmişdi.

İki ölkə arasında münasibətlər 2010-cu ildə Türkiyənin fələstinlilərin yardımına gedən gəmisi İsrail hərbçilərinin hücumuna məruz qaldıqdan sonra pozulmuşdu.

İsrail həmin hücum zamanı öldürülmüş 10 Türkiyə fəalı üçün kompensasiya ödəməkdən imtina edirdi.

Lakin yeni razılaşmaya əsasən İsrail Mavi Marmara gəmisində həlak olanlara görə 20 milyon dolları 25 gün ərzində ödəməlidir.

Bunun müqabilində reyddə iştirak etmiş İsrail hərbçiləri hər hansı cinayət məsuliyyətindən azad olunurlar.

İsrail mediası xəbər verir ki, razılaşmaya əsasən iki ölkə arasında səfirliklər səviyyəsində tam diplomatik missiya mübadiləsi qarşıdan gələn bir neçə həftə ərzində baş verəcək.

XS
SM
MD
LG