Prezident Donald Trump Ağ evin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anthony Scaramucci-ni vəzifədən azad edib.
Bu barədə ABŞ administrasiyanın rəsmi açıqlamasında məlumat verilir.
«Anthony Scaramucci Ağ evin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən gedir. Scaramucci hesab edir ki, administrasiyanın yeni rəhbəri John Kelly-yə hər şeyi ağ vərəqdən başlamağa və özünün yeni komandasını yığmağa şərait yaratmaq daha yaxşı olar” – Ağ evin açıqlamasında belə deyilir.
New York Times bundan öncə Scaramucci-nin gözlənilən istefası barədə yazmışdı.
«Siyasət» dərgisi isə yazır ki, Scaramucci-nin istefası Kelly-nin istəyi ilə olub. Scaramucci rəhbər vəzifəsinə 10 gün idi ki, gətirilmişdi.
Vəzifəyə təyin olunan kimi dəTrump administrasiyasının yüksək rütbəli məmurları, o cümlədən sonradan istefaya göndərilən Reince Priebus tərəfindən kəskin tənqidə məruz qalmışdı.