Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

Prezident Administrasiyası: 'Özünüzü tərifləməyin!'


Tacikistanın Prezident Administrasiyası

Tacikistan prezidentinin icra aparatı yerlərdəki icra hakimiyyəti və idarə rəhbərlərini öz rəsmi saytlarında özlərini tərifləməyə son qoymağa, məlumat yerləşdirməyə daha çox diqqət ayırmağa çağırıb.

BÜROKRATİYA

Tacikistanlı jurnalist Mahpora Kiromova hər gün informasiya axtarışında rəsmi qurumların saytlarına baxır. O deyir ki, birinci şəxslərdən məlumat almaq mümkün olmadığından, internet resursları əsas mənbəyə çevrilir. Ancaq jurnalist rəsmi saytlarda məlumatın gec yerləşdirilməsindən gileylənir.

Jurnalist deyir ki, bu halda nazirlik və idarələrin əməkdaşları arasındakı mənbələrə istinad etməkdən başqa çarə qalmır. Çünki dövlət qurumlarının birinci şəxsləri mətbuatla ünsiyyətdən qaçırlar.

***Buna da bax-Dəbdəbəli toy keçirdiklərinə görə cərimələndilər

İndi prezident administrasiyasının məktubundan sonra dövlət qurumlarının rəsmi saytlarının işinin yaxşılaşdırılması məqsədilə monitorinq aparılacaq.

Dövlət qurumlarının mətbuat xidmətində çalışan əməkdaşlar saytlarda məlumatın gec yerləşdirilməsinin əsas səbəbi kimi bürokratiyanı göstəriblər. Onların sözlərinə görə, bugünədək heç bir məlumat sayta rəhbərliyin icazəsi olmadan yerləşdirilmir.

Prezident aparatının məktubunda həmçinin, internet resurslarının haker və virus hücumlarından qorunmaqdan ötrü texniki möhkəmləndirilməsi tövsiyə olunur.

Tacikistan Ali Məhkəməsinin vebsaytı
Tacikistan Ali Məhkəməsinin vebsaytı

HAKER HÜCUMLARI

Rəqəmsal təhlükəsizlik mütəxəssisi Ahliddin Salimov deyir ki, Tacikistanda əksər saytlar köhnə platforma üzərində yaradılıb və təhlükəsizlik tələblərinə cavab vermir. O deyir ki, bu halda hökumət təkcə saytların yox, hətta rəsmi sənədlərin göndərildiyi elektron poçtların da təhlükəsizliyi haqda düşünməlidir. Mütəxəssis hətta bu məsələlər üçün xüsusi büdcə ayrılmasını da təklif edir.

***Buna da bax-Prezidentin kənd müəllimini evləndirməsi – 10 günün içində

Bugünədək Tacikistan dövlət qurumlarına azı iki dəfə haker hücumu qeydə alınıb. 2016-cı ilin yanvarında ölkənin Təhsil və Elm Nazirliyinin rəsmi saytı ekstremistlərin hücumuna məruz qalıb. Səhifədə ölkədə qadağan edilmiş «Cundullah» qruplaşmasının foto və mesajları, «Tunisian Fallaga-Team» islamçı təşkilatının mesajları yerləşdirilmişdi. Mesajlarda bu qruplaşmalar Rusiyanı Suriya prezidenti Bashar Al-Asada dəstəyi dayandırmağa, Rusiya xalqını isə bununla bağlı öz hökumətlərinə təzyiq etməyə çağırırdılar.

Bundan bir il öncə isə Tacikistanın Fransadakı səfirliyinin saytı haker hücumuna məruz qalmışdı. Həmin hücum Fransada həftəlik «Charlie Hebdo» jurnalı ətrafında baş verən hadisələrlə bağlı idi.

Ötən il ABŞ-ın «Rapid7» şirkəti kompüterləri ən çox haker hücumuna uğrayan ölkələr sırasında Tacikistanı ikinci yerə qoyub.

Dil və terminologiya komitəsi
Dil və terminologiya komitəsi

«VİKİPEDİYA»YA XƏBƏRDARLIQ

Tacikistan hökuməti yanında dil və terminologiya komitəsi isə «Vikipediya»nın tacik bölməsinə məqalələrdəki qrammatik səhvlərin yolverilməzliyi haqda xəbərdarlıq edib. Komitənin mütəxəssisləri deyirlər ki, «Vikipediya» tacik dilinin normalarının pozulmasına görə cavab verməli olacaq.

***Buna da bax-Keçmiş SSRİ respublikalarının fərqli birinci xanımları

Komitənin sədr müavini Saodotsho Matrobiyon bildirib ki, mütəxəssislər iki həftə ərzində «Vikipediya»da tacik dilində olan məqalələri araşdıraraq, çoxsaylı orfoqrafik səhv aşkarlayıblar.

Komitədə hesab edirlər ki, «Vikipediya»da məqalə yazanlar və tərcümə edənlər tacik dilinin normalarına, durğu işarələrinə əhəmiyyət vermirlər.

S.Matrobiyon deyir ki, tacik dilində «ensiklopediya» yerinə «donişnoma» sözü işlədildiyindən, «Vikipediya»nın tacik seqmentində də belə yazılmalıdır.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, «Vikipediya»nın tacik seqmentində «Tacikistan Respublikasının dövlət dili haqqında» Qanun və Nazirlər Kabinetinin tacik orfoqrafiyasına dair qərarı pozulur.

Tacikistan hökuməti yanında dil və terminologiya komitəsi «Vikipediya»da tacik dilindəki məqalələrdə bütün qrammatik səhvlərin dərhal düzəldilməsini tələb edir. Qeyd edilir ki, əks halda «Vikipediya» qanun qarşısında cavab verməli olacaq.

Hazırda «Vikipediya»nın tacik seqmentində 69 mindən çox məqalə və yazı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG