Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:22

Sürücülər arasında ajiotaj- [Video]


►Yol polisi: “10 manata satılmayan dərman qutuları indi 40 manata satılır”

“Bu, satılmayan dərman qutusunu, yanğınsöndürəni satmaq istəyən işbazların yaratdığı ajiotajdır. Bəlkə də yol polisinin işinə kölgə salmaq istəyənlərin əməlidir. Biz heç kimi cərimə etmək istəmirik”.

Bunu AzadlıqRadiosuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyir.

Son günlər Azərbaycanda əksər sürücülər avtomobillərini yanğınsöndürən balon, dərman qutusu və qəza-duracaq işarəsi ilə təmin etməyə tələsir. Səbəb mediada, sosial şəbəkələrdə dolaşan xəbərlərdir.

MALINI SATMAQ İSTƏYƏN İŞBAZLAR...

“Məndə olan məlumata görə, alınmayan, qiyməti 10 manat olan dərman qutularını – “apteçka”ları indi 40 manata satırlar. Mətbuatda yazırlar ki, yol polisi reyd keçirib yanğınsöndürən balonu olmayanı 50 manat cərimələyəcək. Bir daha təkrarlayıram, bu ajiotajı yaradanlar bəlkə də malını satmaq istəyən işbazlardır”.

Vaqif Əsədov
Vaqif Əsədov

Vaqif Əsədov bildirir ki, “Yol Hərəkəti haqqında qanun”un tələbinə görə, hər bir sürücü avtomobilində komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon və qəza-duracaq nişanı saxlamalıdır. O, dərman qutusu olmadığı halda sürücülərin 5 manat cərimə ediləcəyini də söyləyib. Ancaq son günlər mediada, sosial şəbəkələrdə “yanğınsöndürən balon olmazsa, sürücü 50 manat cərimə ediləcək” kimi fikirlərin yanlış olduğunu bildirir:

“Bizim məqsədimiz sürücüləri cərimələmək, protokol tətbiq etmək deyil. Məqsədimiz bu yanğınsöndürən balonun nə qədər vacib və gərəkli olduğunu izah etməkdir”.

“BALON OLMAZSA...”

Ancaq Vaqif Əsədov onu da deyir ki, İnzibati Xətalar Məcəlləsinin 155.2-ci maddəsinə görə, avtomobildə yanğınsöndürən balon olmalıdır, olmazsa, sürücü 150 manat cərimələnə bilər:

“Yenə deyirəm, biz kimisə cərimə etməmişik. Protokol tərtib etməmişik. Ötən il bununla bağlı geniş təbliğat aparmışıq. Bunun nəyi pisdir? Yolda bir nəfərin maşını tüstülənir və siz də ona yanğınsöndürən balonla yardım edirsiniz. Və ya kiməsə ilk yardımın göstərilməsi niyə qıcıqla qarşılanır? Deyirlər ki, sürücüdən həkim olmaq tələb olunur. Biz, sadəcə, sürücünün dərman qutusunda bint, pambıq, qayçı, «jqut» (sıxıcı bağ) və s. kimi vacib şeylərin olmasını istəyirik”.

Bəs hansı yanğınsöndürən balondan almaq lazımdır? Yol polisinin konkret tövsiyəsi, müəyyən etdiyi standart varmı? Vaqif Əsədovun sözlərinə görə, bunu mütəxəssislər söyləməlidir:

“İkincisi də, artıq bəzi avtomobil zavodları yanğınsöndürən balon da istehsal edirlər. Həmin balonlar avtomobilin üstündə satılır. Və indi daha çox maye tipli qaz balonlarından istifadə olunur. Amma yenə də deyirəm ki, köpükdənmi, maye qaz balonundanmı istifadə edilməlidir, bunu mütəxəssis deyə bilər”.

Yol polisindən "apteçka" açıqlaması...
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

XS
SM
MD
LG