Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 01:48

Suriyada ölənlərin sayı 100-ü keçib


Suriya, avtobusların partladılmasını əsk etdirən görüntü, 15 aprel 2017

Suriyada avtobusa hücumda ölənlərin sayı, azı, 112 nəfərə çatıb. Hökumətin nəzarətində olan 2 şəhərdən evakuasiya edilən suriyalıları daşıyan avtobuslara bomba qoyulmuş avtomobillə hücum olunub.

Hadisə aprelin 15-də Hələb şəhərindən qərbdə baş verib. 98 sakin həlak olub, qalanlar yardım işçiləri və avtobusları qoruyan üsyançılar olub. Xəbəri Britaniyada yerləşən Suriya İnsan Haqları qrupu yayıb.

Ölü sayının artacağı gözlənir.

Avtobuslarda prezident Bashar al- Assad hökumətini dəstəkləyən minlərlə şiə olubmuş. Onları cəbhə xəttinə yaxın kəndlərdən Hələbə daşıyırmışlar.

Suriya əhalisi, əsasən, sünnilərdir. Assad və tərəfdarları isə ələvi dini azlığını təmsil edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG