Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Stoltenberg: Gürcüstan NATO-ya qoşulacaq və Rusiya heç nə edə bilməz


Gürcüstanın baş naziri Mamuka Bakhtadze (solda) və NATO-nun baş katibi Jens Stoltenberg Krtsanisi Milli Təlim Mərkəzində
Gürcüstanın baş naziri Mamuka Bakhtadze (solda) və NATO-nun baş katibi Jens Stoltenberg Krtsanisi Milli Təlim Mərkəzində

Tbilisiyə səfərinin gedişində NATO-nun baş ktibi Jens Stoltenberg bir daha bəyan edib ki, Kremlin qəti şəkildə əleyhinə olmasına baxmayaraq Gürcüstan son nəticədə şimal alyansına qoşulacaq.

Stoltenberg Gürcüstan paytaxtına martın 25-də gəlib və burada rəsmilərlə görüşlər keçirməyi, NATO-Gürcüstan hərbi təlimlərində iştirak etməyi planlaşdırır.

Gürcüstanın baş naziri Mamuka Bakhtadze ilə birgə keçirilən mətbiat konfransında Stoltenberg deyib ki, NATO-nun 29 üzvü “Gürcüstanın NATO üzvü olacağına dair aydın bəyanat verib”. O bildirib ki, heç bir ölkənin NATO-nun açıq qapılar siyasətinə qarışmaq səlahiyyəti yoxdur:

"Biz Gürcüstanı NATO üzvlüyünə hazırlamaq məqsədilə birgə işləyəcəyik. Mən Rusiyanın və ya hər hansı başqa ölkənin bizim üzvlərimizin əvəzinə qərar qəbul etməsini qeyri-məqbul sayıram”.

Bakhtadze deyib ki, “NATO üzvlüyü Gürcüstan xalqının seçimidir”.

NATO-nun 2008-ci ildə Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. O vaxtdan hər toplantıda iki ölkənin üzvlük perspektivi təsdiqlənir, di gəl, konkret tarix qoyulmur.

Stoltenberg-in prezident Salome Zurabishvili ilə də görüşəcəyi gözlənilir.

NATO rəhbəri habelə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bildirib.

Krtsanisi Milli Təlim Mərkəzində keçirilən 12 günlük birgə manevrlərdə NATO-nun üzvü və partnyoru olan 24 ölkə iştirak edir.

NATO-Gürcüstan 2019 adını daşıyan təlimlər martın 29-da başa çatacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG