Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

NATO-Gürcüstan birgə təlimləri başlanır


Gürcüstan əsgərləri açılış mərasimində
Gürcüstan əsgərləri açılış mərasimində

Martın 18-də Gürcüstanda NATO-nun 24 üzvündən 350 nəfərin iştirakıyla birgə hərbi təlim başlanır.

NATO-Gürcüstan Təlimləri 2019 adlanan tədbir martın 29-dək davam edəcək. Təlimlər Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində gerçəkləşdirilir.

Bu təlim “Gürcüstan üçün vacibdir və NATO-Gürcüstan hərbi-siyasi əməkdaşlığının gücləndirilməsində mühüm hədəfdir”, – hərbi alyans bəyanatında bildirib.

“RUSİYAYA QARŞI YÖNƏLMƏYİB”

Təlim zamanı NATO-nun Baş katibi Jens Stoltenberg-in Gürcüstana səfər edəcəyi, ölkə rəhbərliyi ilə görüşəcəyi, tədbirə qatılacağı gözlənir.

İlk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib.

Norveç və Gürücstan hərbçiləri açılış mərasimində söhbət edir
Norveç və Gürücstan hərbçiləri açılış mərasimində söhbət edir

2008-ci il sammitində NATO Gürcüstanın alyansa üzvlüyünə razılaşsa da, bunun üçün konkret tarix qoyulmayıb. Amma o vaxtdan hər bir sammitdə ölkənin üzvlük perspektivi təsdiqlənib.

Keçmiş sovet respublikası olan Gürcüstanın 3,7 milyon nəfər əhalisi var.

Müdafiə naziri Levan Izoria martın 18-də deyib ki, hərbi təlimlər müdafiə xarakterlidir, Rusiyaya qarşı yönəlməyib.

Moskva NATO-nun genişlənməsinə qarşı çıxır, özəlliklə Gürcüstan və Ukraynanın alyansa potensial üzvlüyünə qəzəblə yanaşır.

Rusiyanın Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində əsgərləri var, 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra bu regionların müstəqilliyini tanıyıb.

Rusiya əsgərləri bu iki regionun Gürcüstanla de-fakto sərhədlərini qoruyur.

DAHA BİR GÜRCÜSTANLI SAXLANIB

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti daha öncə bildirib ki, Rusiya hərbçiləri Gürcüstanla Cənubi Osetiyanın administrativ sərhədində bir gürcüstanlını saxlayıb.

Ditsi kəndinin sakinləri AzadlıqRadiosuna deyiblər ki, 21 yaşlı Givi Beruashvil rusiyalı əsgərlər tərəfindən martın 17-də saxlanıb. Bundan dörd gün öncə isə Abxaziya rəsmiləri Gürcüstanın digər vətəndaşı Irakli Kvaratskhelia-nın meyitini Tbilisiyə təhvil verib.

Abxaziyanın de-fakto rəsmiləri və Rusiya sərhədçiləri 29 yaşlı Kvaratskhelia-nın özünü təcridxanada asdığını deyiblər. Onun sərhədi qanunsuz keçdiyi iddia olunaraq saxlanmışdı.

Ötən il isə daha bir gürcüstanlı Archil Tatunashvili Cənubi Osetiyada naməlum şəraitdə dünyasını dəyişib.

Cənubi Osetiyanın separatçı hakimiyyəti onda bildirmişdi ki, Tatunashvili regionda terror hücumu planlaşdırmaqda şübhəli bilinərək saxlanıb, onu təcridxanaya köçürmək istəyən polisə hücum edəndən sonra ürək tutmasından dünyasını dəyişib.

2016-cı ildə isə 31 yaşlı gürcüstanlı Giga Otkhozoria sərhədə yaxın ərazidə keşik çəkən rusiyalı hərbçilər tərəfindən güllələnərək öldürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG