Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:36

Nazirliyin bir qurumu ləğv edilir, üçü isə...


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 18 oktyabr 2016

Yanvarln 18-də prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı Fərman verib.

Fərmanın nazirliyin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıdığı qeyd edilir .

Bununla nazirliyin tabeliyindəki qurumlardan 1-i ləğv edilməli, 3-ü isə birləşdirilməlidir.

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıq verib.

Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi”“Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” müəssisəsi əsasında vahid qurum yaradılmalıdır.

Bundan ötrü bir ay müddətində Nazirlər Kabinetinə vaxt verilir.

Bundan başqa, sənəddə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməlidir.

Xatırlatma

Son günlər dövlət başçısı bir sıra dövlət qurumları əsasında vahid bir qurumun yaradılması, bəzi qurumların isə ləğv edilməsi ilə bağlı bir çox fərmanlar verib.

Hökümət bu fərmanları sturuktur islahatı kimi təqdim edir. Müxalifətin fikrincə, isə indi idarəetmə sistemində islahat yox, ixtisar aparılır.

Multimedia

XS
SM
MD
LG