Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Cəbhədə bu dəfə nə baş verir? [video]


Cəbhədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Cəbhədə nə baş verir? [A-Live]

Cəbhəboyu son döyüşlərdən sonra Müdafiə nazirliyinin necə işləməsini yenə tənqid edənlər tapıldı.

“Xəzər” Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli deyir ki, döyüş itkiləri haqqında məlumat döyüş baş verəndən üç gün sonra yayıldı, bu isə uzun müddətdir:

Buna da bax: Xocalı faciəsinin 25 ili tamam olur

“Cəbhə xəttində baş verənləri izah edəcək bir informasiya siyasəti yoxdur. Biz gördüyümüz kimi üç gün ərzində müdafiə nazirliyindən bir xəbər çıxmadı. İctimaiyyətin gözləntisi böyük idi. Valideynlər gözləyirdilər, övladları cəbhə xəttində idi, sosial şəbəkələrdə xeyli sayda dezinformasiya yayılırdı. Amma təəssüf ki, Müdafiə Nazirliyi xəttdən itdi”.

Cəsur Sümərinli keçən ilki aprel döyüşlərini yada salır, deyir ki, həmin vaxt Müdafiə Nazirliyi 30 hərbçinin həlak olduğunu təsdiqlədi, amma onun təşkilatının hesablamasına görə, döyüşlərdə 93 hərbçi həlak olub.

Buna da bax: Qarabağ münaqişəsinin açarı kimin əlindədir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə nazirliyi müdafiə edir:

“Yanlış yanaşmadır, düşünürəm ki, bu, hərbi şəraiti düzgün qiymətləndirməməyin nəticəsidir. Döyüş şəraitində hər bir məlumatın yaranması döyüşün ümumi vəziyyətinə təsir edir bəzən. Ona görə də ordumuza güvəni saxlamalıyıq və informasiya siyasəti də bizim bilmədiyimiz məqamlardan çıxış edir”.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, əksinə, məlumatları gizlətməklə, ictimaiyyətin müdafiə nazirliyinə etimadı azalır və bu gedişlə gerçək məlumat verəndə belə ictimaiyyət buna şübhəylə yanaşacaq.

Buna da bax: Cəbhə xəttində döyüşlər olub, itkilər var

Onun sözlərinə görə, insanlar ölkə cəbhədə baş verənlərdən, xəbərsizdir, yerli telekanallar baş verənləri işıqlandırmır, çal-çağır verir.

Məmmədli deyir ki, həmin gecə Quzanlıda olub. O, öz müşahidələrini bölüşür:

"Bizim müşahidə etdiyimiz Qarabağda ağır döyüşlərin getməsi idi. Uçuşan mərmilər, uçuşan qəlpələr idi. Və bir də xəstəxanaya gəlib gedən maşınlar idi. Əhali təşviş içində idi. Gecə evində rahat yata bilmirdi. Bu narahatlığı təəssüf ki, Bakıda oturanlar bilmir".

Biz Bakı sakinlərindən soruşmuşuq ki, onlar cəbhədə baş verənlər haqda məlumat ala bildilərmi?

Qarabağdan doğru və vaxtında məlumat ala bilirsinizmi?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Konfliktoloq Elxan Mehtiyev deyir ki, Azərbaycan tərəfi uğur olanda bu haqda məlumat yayır. Onun sözlərinə görə, Azərbaycan tərəfi qıt məlumat verəndə, Ermənistan tərəfinə beynəlxalq istinad artır:

Buna da bax: Azərbaycan hərbçilərinin meyitləri döyüş meydanından çıxarılıb

“Bütün dünyanın ekspertləri, bu işlə məşğul olanlar da, o cümlədən həmsədrlər də sadəcə erməni mənbələrindən gələn məlumatları yığır və onun haqqında fikir yürüdürlər”.

Jurnalist Seymur Kazımov deyir ki, müstəqil jurnalistlər döyüş vaxtlarında əraziyə buraxılmırlar:

“Jurnalistləri döyüşlər bitəndən sonra Müdafiə Nazirliyi əraziyə aparır, bu isə məlumatın operativ verilməsinə mane olur. Xəbər öz əhəmiyyətini itirir”.

Bu arada Ermənistan prezidenti Serj Sargisian Avropa Birliyi Şurasının prezidenti Donald Tusk-la görüşüb. Görüşdən sonra Tusk həm də Qarabağ haqqında danışıb:

Buna da bax: Ekspert: «Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir»

“Biz həmçinin Dağlıq Qarabağ ətrafında sülh danışıqlarını da müzakirə etdik.

Status-kvo qeyri-sabitdir. Konfliktin beynəlxalq hüquqa əsaslanaraq erkən siyasi həllinə ehtiyac var. Bu münaqişənin hərbi həlli yoxdur. Avropa Birliyi vasitəçilik cəhdlərinə və ATƏT-in Minsk Qrupuna tam dəstək verməkdə davam edir”.

Fevralın 24-dən 25-nə keçən gecə Azərbaycanın həlak olan hərbi qulluqçularının nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyinin fevralın 27-si, günün ikinci yarısı yaydığı məlumatda deyilir.

Buna da bax: Həmsədrlərin bəyanatı: Əsgər meyitlərinin götürülməsinə şərait yaradılsın

Nazirliyin açıqlamasına görə, fevralın 24-dən 25-ə keçən gecə cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən qarşı tərəflə “daha ağır döyüş toqquşması” baş verib və beş hərbçi həlak olub.

Ermənistanın Müdafiə Nazirliyi isə hücumu Azərbaycan tərəfinin başladığını, Ermənistan tərəfinin itki vermədiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG