Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 21:08

Cəbhə xəttində döyüşlər olub, itkilər var


Azərbaycan ordusunun təlimləri, 28 avqust 2015

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca baş verən döyüşlər zamanı Azərbaycan itki verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən qarşı tərəflə “daha ağır döyüş toqquşması” baş verib və bu zaman Azərbaycan itki verib.

Nazirlik bildirir ki, döyüş nəticəsində qarşı tərəf geri çəkilib, ancaq rəsmilər hələ ki, Azərbaycanın nə qədər itki verdiyini açıqlamayıb.

“Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstərib”, açıqlamada deyilir.

Məlumatda göstərilir ki, Azərbaycan ordusunun qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində hərəkəti əvvəlcədən aşkar edərək müdafiənin dərinliyinə irəliləməsinin qarşısı alınıb.

Ancaq qarşı tərəf Azərbaycan Silahlı Qüvvələrin mövqelərini ağır artilleriyadan atəşə tutmaqda davam edir, deyə nazirliyin məlumatında vurğulanır.

“Neytral zonada Azərbaycan əsgərlərinin meyiti var”

Qarşı tərəf isə iddia iddia edir ki, Azərbaycan əsgərləri xüsusi minatəmizləyən alətlərdən istifadə edərək onların mövqeyinə hücum etməyə cəhd göstəriblər.

“Neytral zonada bir neçə meyit var. Ermənistan tərəfindən heç kim ölən və yaralanan yoxdur”, deyə məlumatda qeyd edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.Son günlər isə cəbhədə iri silahların işə düşdüyü bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG