Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 23:58

Azərbaycan hərbçilərinin meyitləri döyüş meydanından çıxarılıb


Arxiv fotosu.

Fevralın 24-dən 25-nə keçən gecə Azərbaycanın həlak olan hərbi qulluqçularının nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Bu barədə Müdafiə Nazirliyinin fevralın 27-si, günün ikinci yarısı yaydığı məlumatda qeyd edilir.

Fevralın 27-si günün birinci yarısı yayılan məlumatda isə bunun qarşı tərəfin danışıqları pozması nəticəsində baş tutmadığı bildirilirdi.

Buna da bax:​ Həmsədrlərin bəyanatı: Əsgər meyitlərinin götürülməsinə şərait yaradılsın

«Aqşin Abdullayevin, Şahlar Nəzərovun, Tural Haşımlının, Zülfü Qədimovun, Zakir Cəfərovun nəşinin döyüş meydanından çıxarılmasından ötrü ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda, Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb»,- məlumatda deyilirdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Məmmədyarov Qarabağ görüşlərinə optimist yanaşmır

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG