Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Ceyran oğurlamaqda şübhəli bilinənlər tutulub


Ceyranlar

Şirvan Milli Parkında ceyran oğurluğu ilə məşğul olan şəxslər tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin yaydığı məlumata görə, oğurluq edənlər Parkın mühafizəçiləri və gözətçilər olub.

Araşdırmalar zamanı Milli Parkda çalışan iki əməkdaşın həyətyanı sahələrindən bir baş ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub.

Oğurluq hadisəsində Parkın daha bir gözətçinin əli olduğu və maddi sübutlar götürüldüyü bildirilir.

Salyan rayon polis şöbəsi istintaq işlərini davam etdirir.

Nazirliyin məlumatında deyilir ki, noyabr ayında Şirvan Milli Parkının ərazisində “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb. Bundan sonra Milli Park araşdırmalara başlayıb.

XS
SM
MD
LG