Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:40

'Gürcüstanda mal əti 8 manat 30 qəpiyə, Ermənistanda isə...' [media icmalı]


Bakıda ət satışı. 12dek2016
Bakıda ət satışı. 12dek2016

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutu ilə bağlı sənədin imzalanmasının 18 illiyi, xarici borcun artması və bir çox qonşu ölkələrdə müqayisədə Azərbaycanda maaşların az, ərzağın baha olması bu gün (18 noyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Xarici borc gerçəkləri...

Exo” qəzetində “2020-ci ilə Azərbaycanın borcu ÜDM-in həcminə bərabər olacaq?” sərlövhəli yazı diqqət çəkir.

Yazıda ölkənin xarici borcunun artmasının səbəbləri ekspert Natiq Cəfərli ilə müzakirə edilir:

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

“İki il bundan öncə Azərbaycanın xarici borcu Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 8 faizi həcmində idi. İndi isə rəsmi rəqəmlərə istinad etsək borc ÜDM-in 18 faizinə bərabərdir (7 milyard dollardan bir qədər çox – A.R). Bunu da nəzərə alaq ki, Azərbaycanda xarici borcu hesablamağın spesifik formatları var”.

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert deyib ki, borcun artıq xərclənmiş hissəsi hesablanır. Amma götürülmüş və gələcəkdə xərclənəcək hissəsi, eləcə də Dövlət Neft Şirkətinin dövlət zəmanətilə aldığı borclar hesaba alınmır.

“Məsələn, SOCAR-ın xarici borcu demək olar ki, ölkənin bütünlükdə xarici borcuna bərabərdir. Bütün dünyada xarici borc bütün göstəricilərdən irəli gələrək küll halında hesablanır. Azərbaycanda da bu hesablama üsulu tətbiq olunsa xarici borc ÜDM-in həcminin yarısına bərabər olar”.

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

N.Cəfərli vurğulayıb ki, ötən iki il ərzində ölkənin xarici borclanması güclü şəkildə artıb. Xarici borcun hesablanma qaydalarına riayət olunsa 2020-ci ildə bu borc ÜDM-un həcminə yaxınlaşacaq.

Ekspert xatırladıb ki, iki il əvvələ qədər il ərzində dövlət zəmanətilə xarici borclanmanın həcmi 4 milyard manat həddində müəyyən edilmişdi. İndi isə həmin həcm 10 milyard manat həddində müəyyən edilib.

Buna da bax: 'Səhərlər yağdan imtina' - media icmalı

Müəllif vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində dövlət borcunun ödənilməsindən ötrü 2262,8 milyon manat ayrılması planlaşdırılır. Bu isə 2017-ci ilin göstəricilərindən 621 milyon manat çoxdur.

Bundan əlavə, daxili borcun bağlanmasından ötrü 103 milyon manat ayrılır.

“Ucuz ətin şorbası...”

Azadlıq.info” saytında “Azərbaycanda insanlar əqli və fiziki inkişafdan niyə geri qalır?” sərlövhəli yazı oxumaq olar.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

Yazıda ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

Ekspert bildirir ki, Azərbaycanda əhalinin sosial durumu get-gedə pisləşir, insanların alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür: “Ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması əhalinin istehlak xərclərini artırır və bu da az təminatlı ailələr üçün çox ciddi problemlər yaradır. Bir çox hallarda az təminatlı ailələr yalnız borca aldıqları adi çörəklə qidalana bilirlər, son günlər belə hallar daha geniş yayılıb”.

Ekspert hesab edir ki, ölkədə yaranmış bu bahaçılıqdan ərzaq mallarının idxalını inhisara almış nazirlər, hökumət məmurları daha çox bəhrələnməyə çalışır.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

V. Məhərrəmli deyib ki, ölkəyə idxal olunan ət, süd, kərə yağı, pendir, tərəvəz, kartof və başqa ərzaq malları istehlakçılara dəyərindən 40-50 faiz baha satılır.

Yazıda bildirilir ki, orta əməkhaqqı Azərbaycandan dəfələrlə çox olan bir çox ölkələrdə ərzaq malları, kənd təsərrüfatı məhsullarının qiymətləri xeyli aşağıdır

Ekspert vurğulayıb ki, Qazaxıstanda çəkisi 600 qram olan çörək əhaliyə 15 qəpiyə satılır:

Buna da bax: Yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir

“Gürcüstanda təzə mal əti istehlakçılara manat ilə hesablansa 8 manat 30 qəpiyə, sümüksüz mal əti isə 9 manat 60 qəpiyə təklif edilir. Ermənistanda isə mal əti 7 manat 50 qəpiyədir”.

Ekspert deyib ki, qiymətlər həddən artıq baha olduğundan ölkə əhalisi keyfiyyətli və normaya uyğun ərzaqla qidalana bilmir:

“Beynəlxalq normaya görə, il ərzində adambaşına 84 kiloqram ət istehlak edilməlidir. Ölkə əhalisi bunun az bir hissəsini əldə edə bilir. Azərbaycanda adambaşına 33 kiloqram ət istehlak olunur”.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

“Azərbaycandan açılan qapı...”

Azərbaycan” qəzetində “Beynəlxalq enerji ailəsinə Azərbaycandan açılan qapı” sərlövhəli yazıda 18 il bundan öncə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu müəyyən edən sənədin imzalanması dəyərləndirilir.

Müəllif xatırladır ki, 1999-cu il noyabrın 18-i ATƏT-in İstanbul zirvə toplantısında Azərbaycan, Gürcüstan və Türkiyənin ərazilərindən keçəcək Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac kəmərinin xam nefti nəql etməsinə dair saziş imzalanıb.

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

"Bakı-Tbilisi-Ceyhan" neft kəməri xəritəsi
"Bakı-Tbilisi-Ceyhan" neft kəməri xəritəsi

Yazıda vurğulanır ki, həmin sənədə Azərbaycan, Gürcüstan, Türkiyə, ABŞ və Qazaxıstan dövlət başçıları imza atıblar.

Müəllif hesab edir ki, bu 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycandan ötrü mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd sayılır.

Buna da bax: Bakı-Tbilisi-Qars işə düşdü

Yazıda bildirilir ki, bu layihənin reallaşdırılmasında o zamankı dövlət rəhbəri Heydər Əliyevin xüsusi rolu olub:

“Məlumdur ki, BTC layihəsinin müəllifi ümummilli lider Heydər Əliyevdir. Dünyanın bir çox görkəmli siyasətçiləri vurğulayıblar ki, Heydər Əliyevin səyi və zəhməti olmasaydı, BTC də olmazdı. Çünki bu layihə ilk gündən bir çox sınaqlarla qarşılaşdı və ulu öndər özünün möhtəşəm əsərini bütün maneələrdən zəfərlə keçirdi”.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında [yenilənib - tam mətn]

Yazıda bildirilir ki, bu il noyabrın 8-də isə ölkədə 2 milyardıncı ton neftin hasil edilməsilə bağlı tədbir keçirilib. Həmin tədbirdəki çıxışında prezident İlham Əliyev o günlərə qayıdaraq belə deyib:

“Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik”.

XS
SM
MD
LG