Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:34

Rusiyanın Ermənistanı silahlandırması, kərə yağının bahalaşmasının səbəbləri və əmlak bazarında durğunluq bu gün (16 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

YAĞ İNHİSARI

«Novoye Vremya» qəzetində «Azərbaycanın səhər milli yeməyi təhlükə altında?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son vaxtlar ölkədə kərə yağı kəskin bahalaşıb. Artıq əhalinin səhər yeməyində kərə yağından istifadə etməsində çətinliklər yaranıb.

Müəllif vurğulayır ki, bu yağların qiyməti hazırda 14-25 manat arasında dəyişir .

Yazıda daha sonra 2 min 650 nəfər arasında keçirilən sorğunun nəticələri təqdim edilir. Respondentlərin bir çoxu bildirib ki, kərə yağı bahalaşdıqdan sonra səhər yeməyində ondan imtina etmək qərarına gəliblər.

Müəllif yağın qiymətinin bahalaşması ilə bağlı iqtisadçıların da fikirlərinə toxunur.

İqtisadçıların bildirməsinə görə, bunun səbəbi təkcə xaricdə kərə yağlarının bahalaşması deyil, həm də ölkədəki inhisar bu məsələdə az rol oynamır.

Yazıda bildirilir ki, 2016-cı ildə kərə yağı idxalı ilə 5 şirkət məşğul olub. 2017-ci ilin məlumatlarına görə isə, artıq bu iş, əsasən, 4 şirkətin nəzarətinə keçib.

Üstəlik, müəllif əhalinin yerli yağla tələbatının 70 faiz ödənilməsi haqda bəzi rəsmilərin açıqlamalarını da şişirdilmiş məlumatlar sayır...

Bina
Bina

DAŞINMAZ ƏMLAK BAZARINDA «QUŞ UÇUR, QULAQ CİNGİLDƏYİR»

«Yeni Müsavat» qəzetində «Əmlak bazarında durğunluq-səbəb nədir?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, son vaxtlar daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Ev alqı-satqısında vasitəçi olan maklerlər alıcı qüvvəsinin azalmasından narazılıq edirlər.

Üstəlik, kirayə bazarına da tam sakitlik çökdüyü bildirilir.

«Bunun səbəbi köhnə bina evlərinin sökülməsidir, kirayə bazarı demək olar ki «ölüb»», - maklerlərdən biri vurğulayıb.

Ancaq yazıda bildirilir ki, təklif edilən kirayə evlərin azalması ilə yanaşı, qiymətlərdə də artım baş verib.

Maklerlərin dediyinə görə, əvvəllər evlər söküləndə müştərilər yeni ev almaqdan ötrü onlara müraciət edirdilər. İndi şirkətlər evlərini sökdükləri şəxslərə tikdikləri binada mənzil təklif edirlər və bu da daşınmaz əmlak bazarını daha da maraqsız edir.

Maklerlər əhalinin alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü, buna görə də alqı-satqının azaldığını bildirirlər. Onların deməsinə görə, arabir kimlərsə torpaq sahələrinə maraq göstərir, onda da çox vaxt proses alqı-satqı ilə başa çatmır.

Daşınmaz əmlak sahəsində ekspertlər isə qəzetə deyiblər ki, rayondan gələn tələbələrin Bakıda yerləşməsi başa çatan kimi kirayə mənzil bazarında durğunluq yaranıb:

«Alıcılıq qabiliyyəti aşağı düşür, o cümlədən torpaq sahəsinin alınmasında da. Bahalı torpaq sahələrinin alqı-satqısında çox böyük azalma var, demək olar ki, yoxdur. Məsələn, əvvəlki kimi 1 milyon və daha artıq qiymətə əmlak alanların sayı azalıb, yox səviyyəsindədir».

Yerevanda hərbi parad
Yerevanda hərbi parad

«TƏRƏFLİ» HƏMSƏDR ÖLKƏ

«Azərbaycan» qəzetində «Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur» sərlövhəli yazı dərc edilib.

Müəllif Qarabağ münaqişəsi fonunda Rusiyanın Ermənistan siyasətini dəyərləndirir.

Yazıda bildirir ki, 2015-ci ilin noyabrında Rusiya Ermənistanın silah ala bilməsindən ötrü ona 200 milyon dollar kredit vermək haqda üzərinə öhdəlik götürüb. Artıq bunun 100 milyon dollarının tətbiqinə başlanır:

«Həmin vəsaitlə Ermənistanın «Smerç» reaktiv sistemləri, «İqla-S» zenit raket kompleksləri, TOC-1A «Solnsepyok» ağır odsaçan sistemləri və başqa silahlar alması planlaşdırılır».

Müəllif vurğulayıb ki, Qarabağ problemi başlayandan bu yana münaqişənin hər mərhələsində Rusiya Ermənistanı silahlandırıb.

Yazıda bildirilir ki, 1995-ci ildə Rusiya bu məsələdə daha dərinə gedərək Ermənistanla 25 illik müqavilə bağlayıb. Müəllifin fikrincə, bununla da Ermənistandakı hərbi bazalarına hərbi düşərgə statusu verib və bu ölkədə hərbi qüvvələrinin fəaliyyətinə hüquqi don geyindirib:

«Qafqazda hərbi iştirakına hüquqi don geydirmək yolunda növbəti addım atan Rusiya bununla da yaxın xarici şəriksiz təsir altında saxlamaq istədiyini bir daha nümayiş etdirib».

Yazıda bildirilir ki, bu siyasət sonrakı illərdə də davam etdirilib:

«Beləliklə, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu birtərəfli mövqeyi problemin dinc vasitələrlə nizama salınması imkanlarını məhdudlaşdırır. Təcavüzkarı silahlandırmaq açıq-açığına onu dəstəkləmək deməkdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG