Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 15:41

Sargsyan Moskvada Kollektiv Təhlükəsizliyi tənqid edib


Serzh Sargsyan və Vladimir Putin. Rusiya. 10avq2016

Serzh Sargsyan və Vladimir Putin. Rusiya. 10avq2016

Ötən gün – martın 14-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQIMO) çıxış edən Ermənistan prezidenti Serzh Sargsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edib.

«Müqavilələrə əməl olunmalı, onlar konyunkturadan asılı olaraq yox, bütövlüklə yerinə yetirilməlidir», - o deyib. Bu barədə AzadlıqRadiosu-nun erməni xidməti yazır.

«Hələ 2000-ci ildə KTMT çərçivəsində qəbul edilmiş bəyanatda aydın qeyd edilib: ‘Müqavilə iştirakçısı olan dövlətlər arasında hərbi-siyasi münasibətlər quruma daxil olmayan üçüncü ölkələrlə hərbi əlaqələrə nəzərən prioritet xarakter daşıyır’. Yəni burada hər şey aydın qeyd edilib, bütün spektr əhatə edilib: siyasi bəyanatlardan hərbi əməkdaşlığa qədər. ...Bu prinsipin pozulması qurumun nüfuzunun yüksəldilməsinə xidmət etmir...», – deyə Serzh Sargsyan bildirib.

Buna da bax:​ PA təmsilçisi: 'Ermənistan inkişaf fürsətlərini əldən verir'

“ÇƏTİN YOL KEÇMİŞİK”

O, daha sonra deyib: «Ötən il biz Ermənistan Respublikasının müstəqilliyinin 25-ci ildönümünü qeyd etmişik. Biz ətin, ancaq layiqli yol keçmişik. Çətin şəraitdə yola çıxmışıq. Güman ki, keçmiş Sovet İttifaqının respublikalarının heç birinin belə əlverişsiz başlanğıc mövqeyi olmayıb.

1988-ci ildə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq zərurətinə, sürükləndiyimiz müharibəyə, Ermənistana gəlmiş qaçqın axınına, blokadaya, dünya ilə iqtisadi əlaqələrin dağılmasına, enerji böhranına, bir çox başqa problemlərə baxmayaraq, Ermənistan dövlətçiliyinin bərpası istiqamətində inamlı addımlar atdı».

Ermənistan prezidenti gələn ay ölkədə keçiriləcək parlament seçkilərindən də danışıb. «Bu gün gerçəkləşdirdiyimiz dəyişikliklər bir ildən sonra bizi dolğun parlament idarəçilik formasına, siyasi müxalifətin daha fəal və konstitusiya tərəfindən qorunan roluna, daha şəffaf və effektiv idarəçilik sisteminə gətirib çıxaracaq. ...Beynəlxalq qurumların ilk reaksiyaları göstərir ki, seçki prosesinin keçirilməsi üçün beynəlxalq standartlara uyğun şərait yarada bilmişik».

Buna da bax: Nalbandyan:"Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb”

“DANIŞIQLARIN ALTERNATİVİ YOXDUR”

Qarabağ məsələsinə toxunan Sargsyan deyib: «2016-cı ilədək tərəfdaşlarımız bizi inandırırdılar ki, müharibə təbliğatı və antierməni isteriyası yaratmaqla? Bakı öz daxili məsələlərini həll edir. Azərbaycanın Dağlıq Qarabağa qarşı 2016-cı ilin aprelində başladığı dördgünlük hərbi avantüra məhz Bakının Artsax (ermənilər Qarabağa belə deyirlər – red.) xalqının öz torpağında öz müqəddəratını sərbəst şəkildə təyin etmək istəyinə qarşı bu çoxillik militarist təbliğatının və siyasətinin təcəssümü oldu.

... Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq Ermənistan yeni eskalasiyaya yol verməməkdən ötrü regionda tarazlığı qorumağa səy göstərməlidir...

Müharibə problemin həlli yolu deyil. Danışıqların alternativi yoxdur.

Buna da bax:​ Deyəsən, Sargsyan da hakimiyyətdən əl çəkmək istəmir

Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrləri... ilə birgə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli istiqamətində işi davam etdirəcək».

“LAYİHƏLƏRİN PERSPEKTİVLƏRİNİ GÖRÜRÜK”

Sargsyan Ermənistanla Avropa Birliyi arasında imzalanmalı olan yeni müqavilə haqqında danışarkən deyib: «İki həftə bundan öncə Ermənistan və Avropa Birliyi yeni çərçivə sənədinə dair danışıqları sona çatdırıblar. Bu sənədin müddəaları ... münasibətlərimizin ölçüsünü və səviyyəsini əks etdirir.

Ermənistan Birləşmiş Ştatlarla tərəfdaşlıq münasibətlərini müxtəlif səviyyələrdə inkişaf etdirir. Son illər ərzində Asiya-Sakit okean hövzəsi və Latın Amerikası regionları ilə münasibətlərimiz fəallaşıb. «İpək yolu iqtisadi zolağı» təşəbbüsü formatında iri infrastruktur layihələrinin perspektivlərini görürük. Bu, təkcə Ermənistanın deyil, Avrasiya İqtisadi İttifaqının digər ölkələrinin də logistik imkanlarının diversifikasiyasına imkan verəcək».

Buna da bax: İlham Əliyev: 'Ermənistan prezidenti nağıl danışmaq əvəzinə...'

«Müxtəlif regionların və maraqların qovşağında yerləşən Ermənistanın minillik tarixə arxalanan xarici siyasəti inanır ki, sülh, sabitlik və regional təhlükəsizlik naminə milli maraqları əsas partnyorların maraqları ilə uzlaşdırmaq mümkündür və lazımdır. Biz əminik ki, tərəfdaşlarımız bu yanaşmanı anlayır və qəbul edir», – deyə Ermənistan prezidenti öz çıxışında bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG