Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 11:03

İlham Əliyev: 'Ermənistan prezidenti nağıl danışmaq əvəzinə...'


İ.Əliyev

«Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən iş adamlarını öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük. Çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan».

AZƏRTAC-ın xəbərinə görə, Parisdə səfərdə olan prezident İlham Əliyev Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə belə deyib.

İ.Əliyev bildirib ki, Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin.

Ölkə başçısı Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən bəzi fransız şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsini təəssüflə qeyd edib.

«XARİCİ BORCUMUZU BİR NEÇƏ AYA ÖDƏYƏ BİLƏRİK»

İ.Əliyev Azərbaycanda əsaslı islahatlar paketinin həyata keçirildiyini vurğulayıb: «Ötən il çox dərin iqtisadi islahatlar ili oldu. Hazırda neft və qaz ümumi daxili məhsulun (ÜDM) təqribən 30 faizdən artığını təşkil edir».

Buna da bax-HRW: Hollande İlham Əliyevə desin ki...

Ölkə başçısı Azərbaycanın da çətinliklərinin, problemlərinin olduğunu deyib.

«Bizim xarici borcumuz çox aşağıdır, bu, ümumi daxili məhsulumuzun 20 faizinə bərabərdir. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar. Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq», - o, əlavə edib.

ÜÇTƏRƏFLİ REGİONAL ƏMƏKDAŞLIQ

İ.Əliyev həmçinin, Azərbaycanın təkcə ikitərəfli deyil, həm də üçtərəfli regional əməkdaşlıq formatı yaratdığını bildirib: «Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi, siyasi əməkdaşlığı. Bu, regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır».

Prezident İlham Əliyev martın 12-də Fransaya gedib. Onun bu gün, martın 14-də Fransa prezidenti François Hollande ilə görüşü gözlənir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG