Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:35

Deyəsən, Sargsyan da hakimiyyətdən əl çəkmək istəmir


Serzh Sargsyan, 21 yanvar 2017
Serzh Sargsyan, 21 yanvar 2017

Ermənistan prezidenti Serj Sargsyan aprelin 2-də keçiriləcək parlament seçkilərində hakim Respublikaçılar Partiyasının seçki siyahısına başçılıq etməyəcək. Bu barədə dövlət başçısı özü Brüsseldə "Euronews" televiziyasına müsahibəsində bildirib. AzadlıqRadiosunun erməni xidməti bu haqda yazır.

Sargsyan deyib ki, seçki prosesində hakim partiyanın inzibati resurslardan yararlana biləcəyinə dair müxalifətin narahatlıqlarını nəzərə alaraq bu qərara gəliblər.

"Bu, sizin siyasəti tərk etməyiniz deməkdirmi" sualına cavabında Ermənistan prezidenti deyib: "Bu o deməkdir ki, biz gənclərin də siyasətdə özünü göstərməsinə şərait yaradırıq".

Ermənistan prezidenti gələn il hakimiyyətinin ikinci müddəti bitəndən sonra siyasəti tərk edəcəyi ilə bağlı da bir söz deməyib. O, ümumiyyətlə, özünün gələcək siyasi planları ilə bağlı bir şey söyləməyib. Sadəcə bildirib ki, 10 il Respublikaçılar Partiyasına liderlik edib və bu gün də partiyanın lideri olaraq qalır.

Bəlkə baş nazir olacaq?

62 yaşlı prezident gələn il hakimiyyət müddəti bitəndən sonra ölkəyə rəhbərliyi baş nazir vəzifəsində davam etdirəcəyi barədə söyləntiləri indiyədək heç vaxt təkzib etməyib. Bəzi müşahidəçilər onun prezidentlik postundan getdikdən sonra partiya sədri kimi idarəetməni kənardan gerçəkləşdirəcəyini düşünürlər. Bir müddət öncə Respublikaçılar Partiyasından bildirmişdilər ki, Sargsyan hələ uzun illər partiyaya rəhbərlik edəcək.

Müxalifətin mitinqi, Yerevan, 26 iyul 2016
Müxalifətin mitinqi, Yerevan, 26 iyul 2016

Müxalifət əmindir ki, Sargsyan 2018-ci ildən sonra da hakimiyyətdən əl çəkmək niyyətində deyil. Onların fikrincə, prezidentin 2015-ci ilin sonlarında ölkə konstitusiyasına ziddiyyətli dəyişikliklərə getməsinin əsl səbəbi məhz onun bu niyyətindən irəli gəlir. Həmin dəyişikliklər Ermənistanın prezidentli respublikadan parlamentli respublikaya keçidini nəzərdə tutur.

Elə son müsahibəsində də Sargsyan parlamentli üsul-idarəni mədh edib:

"Qəti əminəm ki, parlamentli respublika modeli daha effektivdir. O, dövlət idarəçiliyinin ən yaxşı üsuludur. Bu model həmçinin vətəndaşların və vətəndaş cəmiyyəti üzvlərinin dövlətin idarə olunmasında iştirakına daha geniş imkanlar təqdim edir. Biz vətəndaşlarımızın etiraz etmələrinə daha az səbəbin olduğu bir şərait yaratmaq istəyirik. Bu, hər bir erməninin arzuladığı bir ölkə olacaq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG