Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:21

Nalbandyan:"Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb”


Edward Nalbandyan və Nikos Kotzias 10 Mart, 2017

“Moskvada xarici işlər nazirləri səviyyəsində Rusiya-Ermənistan və Rusiya-Azərbaycan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparılmır”.

Bunu martın 10-da AzadlıqRadiosunun Ermənistan xidməti Ermənistanın xarici işlər naziri Edward Nalbandyana istinadla xəbər verir.

Mənbənin yazdığına görə, Nalbandyan martın 10-da Yerevanda yunanıstanlı həmkarı Nikos Kotsiasla (Nikos Kotzias) birgə mətbuat konfransında deyib ki, Azərbaycan Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsindən imtina edir.

Onun sözlərinə görə, ötən ilin aprel hadisələri Qarabağa ciddi zərbə vurub və danışıqlar prosesini geri atıb.

Nalbandyan bildirib ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və məhz buna görə də həmsədrlər Azərbaycan və Ermənistanla birlikdə danışıqlar prosesini irəli aparmağa çalışırlar.

“Həmsədrlər buna görə Bakıda oldular. Martın 27-də isə Ermənistana gələcək, həmçinin Dağlıq Qarabağa gedəcəklər. Danışıqlar prosesini irəli aparmaq lazımdır. İlk növbədə ötən ilin aprelindəkinə bənzər hadisələrdən qaçmaq lazımdır.”, deyə Nalbandyan vurğulayıb.

Qeyd edək ki, ötən il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda-qoşunların təmas xəttində baş verən döyüşlərdə hər iki tərəf onlarla itki verib.

Dağlıq Qarabağ 3 Aprel,2016
Dağlıq Qarabağ 3 Aprel,2016

Tərəflər aprelin 5-də atəşkəsi yenidən bərpa etsə də vaxtaşırı bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Buna da bax."Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır".

Günün bütün mövzuları

XS
SM
MD
LG