Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:22

'Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarmalıdır'


Elmar Məmmədyarov

“Ermənistanla danışıqlar prosesində açıq qalan məsələlər var. Dünən (martın 6-sı) Rusiya xarici işlər naziri ilə geniş müzakirələr apardıq. Bəzi fikirlər səsləndirilib. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Bundan sonra biz məsələlərə yenidən qayıdacağıq”.

Moskvada rusiyalı həmkarı Sergey Lavrovla apardığı müzakirələr barədə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Nazir APA-ya müsahibəsində deyib ki, bəzi məsələlərdə Ermənistanla razılığa gəlmək mümkün deyil.

Buna da bax:​ Təmas xəttində gərginliyin artdığı məqamda Moskva görüşü

“Bu məsələlər bundan əvvəl də açıq qalan məsələlərdir. Heç bir yeni məsələ yoxdur” deyən nazir Rusiya tərəfinin təşəbbüsü ilə yaxınlarda nazirlər səviyyəsində üçlü görüş keçiriləcəyini bildirib.

E. Məmmədyarov Dağlıq Qarabağda baş verən gərginliklərə də toxunub.

“Gərginliklər göstərir ki, bu münaqişə həll olunmalıdır, danışıqlar prosesində mütləq irəliləyiş əldə edilməlidir. Məntiqli və son zamanlar dəbdə olan substantiv danışıqlar keçirilməlidir. Rusiya tərəfi də bunu anlayır. Rəsmi Moskva danışıqların aparılmasını istəyir. Lakin burada söhbət Yerevanın siyasi iradəsindən gedir. Ermənistan tərəfi siyasi iradə göstərib, qoşunları Azərbaycan ərazilərindən çıxarmalıdır”.

Buna da bax:​ 'Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır'

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG