Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:55

PA təmsilçisi: 'Ermənistan inkişaf fürsətlərini əldən verir'


Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən beynəlxalq konfrans. 14mart2017

“Qarabağ münaqişənin kökləri region tarixinin saxtalaşdırılmasına söykənir. Dağlıq Qarabağda separatizm ideyası məhz bu yalan tarixə əsaslanıb”.

Bu fikir martın 14-də Bakıda Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilib.

“Qafqaz Tarixi Mərkəzi”nin rəhbəri Rizvan Hüseynov bildirib ki, konfransın məqsədi münaqişənin sülh yolu ilə həllinin müzakirəsidir. O xatırladıb ki, ötən ilin sonlarında vətəndaş cəmiyyəti fəalları "Ermənistan və Azərbaycan arasında Sülh Platforması" yaradıblar.

Buna da bax:​ Həmsədrlər sülh danışıqlarının başlanmasını istəyir

Hazırkı konfrans bu sülhməramlı missiyanın genişləndirilməsi məqsədini daşıyır.

Azərbaycan Prezident Administrasiyasının sektor müavini Fuad Axundovun isə deməsinə görə, 25 ildir Ermənistan siyasətçiləri öz xalqlarını aldadılar ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına az qalıb. Bu siyasətin nəticəsində Ermənistan inkişaf fürsətlərini əldən verir.

Rusiyalı ekspert Maksim Şevçenko da qeyd edib ki, Cənubi Qafqaz tarix boyunca üç imperiyanın: Rusiya, Osmanlı və Fars imperiyalarının qarşıdurma yeri olub.

Buna da bax: Nalbandyan:"Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb”

"Münaqişənin nizamlanması təkcə Dağlıq Qarabağın və digər rayonların işğaldan azad edilməsini deyil, qarşılıqlı olaraq məcburi köçkünlərin qaytarılmasından ötrü imkan yaradılmasını əhatə etməlidir", deyə Şevçenko qeyd edib.

O vurğulayıb ki, münaqişə hərbi yolla həll oluna bilməz.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax:​ Amerikalı həmsədr: 'Yüksək səviyyəli görüşün reallaşmasına çalışırıq'

Bu münaqişə ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG