Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Həmsədrlər sülh danışıqlarının başlanmasını istəyir


ATƏT-in Minsk qrupunun həmsədrləri, 9 aprel 2016
ATƏT-in Minsk qrupunun həmsədrləri, 9 aprel 2016

“Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, həmsədrlərin təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır”.

Bu sözləri prezident İlham Əliyevlə görüşlərində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Igor Popov deyib.

Bu haqda ölkə başçısının mətbuat xidməti xəbər verir.

Həmsədrlərlə prezidentin görüşü bu gün, martın 11-də keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsdərləri Richard E. Hoagland və Stephane Visconti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

İqor Popov ölkə başçısına deyib ki, həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Rusiya son aylarda münaişənin tənzimlənməsi ilə bağlı xüsusi fəallıq göstərir. Rusiya XİN rəhbəri Sergey Lavrov son həftələr Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə ayrıca görüşlər keçirib.

O, danışıqların yekunlarına əsasən etiraf edib ki, 2-3 əsas məsələ qalıb ki, tərəflər onlarla bağlı ümumi fikrə gələ bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG