Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

Düşəgəsi dağıdılan Saakaşvili ukraynanlıları 'Ümumölkə yürüşü' çağırdı


Mikheil Saakashvili (Arxiv)
Mikheil Saakashvili (Arxiv)

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili ukraynalıları ümumölkə yürüşünə çağırıb.

Ukraynadan zorla çıxarılan, amma müxalif "Yeni Qüvvələr Birliyinə" rəhbərlik etməkdə davam edən Saakaşvili yürüşü martın 18-ə təyin edib.

Məqsəd prezident Petro Poroşenkonun istefasına nail olmaqdır. Saakaşvili hesab edir ki, Poroşenko və onun ətrafındakılar korrupsiyaya bulaşıb və xalqın yox, oliqarxların maraqlarına xidmət edir.

Bu, Saakaşvilinin Ukrayna hakimiyyətinə cavabıdır.

Kiyev polisi Saakaşvilinin tərəfdarlarının Ali Radanın yaxınlığında qurduğu çadır şəhərciyini martın 3-də dağıdıb.

100-dən çox insan saxlanıb.

Saakaşvilinin düşərgəsi dağıdıldı. 100-dən çox saxlanan var
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Saakaşvili təklif edib ki, yürüşdə Poroşenko ilə yanaşı daxili işlər naziri Arsen Avakov və baş prokuror Yuri Lutsekonun da istefaları tələb olunsun.

"Yeni Qüvvələr Birliyi"ni iki həftə ərazində yürüşə lazımınca hazırlaşmağa çağıran Saakaşvili hesab edir ki, "xalqın iradəsi oğruları hakimiyyətdən atmağa yol açacaq və Ukraynaya inkişaf etmək imkanı yaradacaq".

Martın 3-də polis iddia edib ki, axtarış zamanı çadır düşərgəsində silah, o cümlədən 9 RQD qumbarası, Molotov kokteyli dolu şüşələr və 5 tüstü minası aşkarlanıb.

Əvvəllər prezident Poroşenkonun komandasında olan Saakaşvilinin sonradan müxalifətə keçib.

O bir neçə həftə əvvəl Ukraynadan çıxarılıb.

Sərhəd Xidmətinin əməkdaşları onu Kiyevdəki "Suluqunu" restoranında saxlayıb Polşa sərhədinə aparmış, ölkədən çıxarmışdı.

Buna da bax: Saakaşvili Varşavada... 'Bu adam oğurluğudur'

Saakaşvili Varşavada... 'Bu adam oğurluğudur'
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG