Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:26

Kiyevdə toqquşma: Saakaşvilinin çadır düşərgəsini dağıtdılar [Video, Foto]


Saakaşvilinin düşərgəsi dağıdıldı. 100-dən çox saxlanan var
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Polis Saakaşvilinin düşərgəsini dağıtdı. 100-dən çox saxlanan var

Ukrayna polisi martın 3-ü sübh tezdən Kiyevdə parlament binası yaxınlığında qurulmuş çadırları dağırıb.

Bu çadırları aylar əvvəl sabiq Odessa qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları qurmuşdu.

Onlar prezident Poroşenkonun impiçmentini tələb edərək çadırlardan çəkilmirdilər.

Onlar hesab edirlər ki, hakim elita korrupsiyaya uğrayıb və xalqın yox, oliqarxların maraqlarına xidmət edir.

Çadırlardakı müxalifətçilər polisin əraziyə gəlişinə cavab olaraq avtomobil şinləri yandırıblar.

Xüsusi təyinatlılarla müxalifətçilər arasında toqquşmalar olub.

Polis bildirir ki, çadırlar iki cinayət işinin istintaqı ilə əlaqədar sökülüb və "hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərən" 100-dən çox adam saxlanıb..

Polisin iddiasına görə, axtarış zamanı çadırlarda silah, o cümlədən 9 RQD qumbarası, Molotov kokteyli dolu şüşələr və 5 tüstü minası aşkarlanıb.

Hazırda sökülən çadırlar və saxlananların şəxsi əşyaları yük avtomobilləri və traktorlara yüklənir.

Əvvəllər prezident Poroşenkonun komandasında olan Saakaşvilinin sonradan müxalifətə keçib.

O bir neçə həftə əvvəl Ukraynadan çıxarılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG