Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:10

Rza Səfərsoyun yeri bilinmir


R.Səfərsoy

Bugün, aprelin 13-də keçmiş Qarabağ döyüşçüsü Rza Səfərsoyun naməlum istiqamətə aparıldığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Təranə Səfərsoy məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı son günlər təhdidlərlə üzləşib: "Artıq bir neçə gündür təhdidlə dolu ardıcıl zənglər gəlmişdi. Tələb edirdilər ki, Rza bəy sosial şəbəkələrdə yazdıqlarını silsin. Bugün, aprelin 13-də isə zəng vurub deyiblər ki, həyətə düşməsə, evə gələcəklər. Rza bəy isə bu zəngdən sonra saat 15:30 radələrində evdən çıxıb və geri qayıtmayıb".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

R.Səfərsoyun son statusu (aprelin 13-də saat 15 radələrində paylaşılıb) ölkədəki işsizlərlə bağlıdır.

R.Səfərsoy 2018-ci ildə Facebook səhifəsində bəzi statuslarına görə Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilmişdi. O, hökmdən apellyasiya şikayəti verərək, bəraət istəmişdi.

2019-cu il fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə onun şikayətinə baxılıb. Şikayət qismən təmin olunub, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. O, həmin gün cəza müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılmışdı. R.Səfərsoy ittihamı qəbul etmirdi.

Multimedia

XS
SM
MD
LG