Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:53

Rusiya Trump adminstrasiyasını Astanada Suriya müzakirəsunə dəvət edib


Michael Flynn, 10 yanvar 2017

Rusiya Donald Tramp adminstrasiyasını yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı danışıqlarda iştirak etməyə çağırıb.

Bu barədə “Washington Post” qəzeti yazır.

ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Toner bildirib ki, mandatı bitən Barack Obama adminstrasiyası yeni prezidentin təmsilçilərinin Astana görüşündə iştirak etməsi ideyasını dəstəkləməyə hazırdır.

Qazaxıstanda planlaşdırılan görüşdən üç gün əvvəl Donald Trump öz səlahiyyətlərinin icrasına başlayacaq. “Washington Post” qeyd edir ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak dekabrın 28-də Trump-ın milli təhlükəsizlik üzrə müşaviri Michael Flynn-lə telefon söhbətində onu Astanadakı danışıqlara qatılmağa dəvət edib.

XS
SM
MD
LG